Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:35

Azərbaycanda yeni avtomobillərin sayı azalır, xərcləri artır


Maşın bazarı açıldı: 'Mayasından ucuz veririk, satılmır'
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Maşın bazarı açıldı: 'Mayasından ucuz veririk, satılmır' Video arxiv

Yeni avtomobillərin payı 4 dəfədən çox azalıb

Son illərdə Azərbaycan avtomobil parkında yaşı 5 ilə qədər olan avtomobillərin sayının ardıcıl azalması müşahidə edilir. Cəmi 7 il öncə – 2014-ci ildə ölkədəki hər 100 avtomobildən 17-si yaşı 5 ilədək olan avtomobillər idi. Statistika Komitəsinin sonuncu məlumatına görə, 2020-ci ilin əvvəlində bu göstərici cəmi 4-ə bərabər olub. Yəni, altı il ərzində yeni avtomobillərin ölkədəki bütün avtomobillər arasındakı xüsusi çəkisi dörd dəfədən çox azalıb. Əvəzində, istismar müddəti 10 ildən çox olan avtomobillərin ölkənin avtoparkında payı ardıcıl artmaqdadır. Artıq ölkədəki hər 100 avtomobildən 77-sinin istismar müddəti 10 ildən çoxdur. 2014-cü ildə bu göstərici cəmi 62 faizə bərabər idi.

Cədvəl: 2014-2019-cu illərdə Azərbaycanda istifadə olunan avtomobillərin istismar müddətinə görə bölgüsü

İstismar müddəti

İl

5 ilədək

5-10 il arası

10 ildən çox

2019

4 faiz

19 faiz

77 faiz

2018

6 faiz

17 faiz

77 faiz

2017

9 faiz

19 faiz

72 faiz

2016

12 faiz

21 faiz

67 faiz

2015

15 faiz

19 faiz

66 faiz

2014

17 faiz

21 faiz

62 faiz

2015-ci il devalvasiyalarından sonra milli valyutanın dəyər itirməsi, insanların xərclərinin artması və yığımlarının azalması, avtomobil idxalı ilə bağlı ödənişlərin artırılması Azərbaycanda yeni avtomobillərin sayının artmasına imkan verməyən əsas amillərdir. Hətta dövlət qurumları da ölkədə avtomobil parkının yaşının artması ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Axı, istismar müddəti çox olan avtomobillərin istifadəsi ekologiyaya daha çox zərər vurur. 2019-cu ilin göstəricilərinə görə, Azərbaycanda atmosferə atılan çirkləndirici maddələrin 84 faizinə məhz avtomobillər səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də Azərbaycandakı avtomobillərin buraxılış illəri ilə bağlı statistikaların ürəkaçan olmadığını açıqlamışdı. Açıqlamada diqqətçəkən daha bir məqam son illərdə ölkədə sayı artan hibrid avtomobillərlə bağlı idi: "Minlərlə hibrid avtomobil idxal olunub. Onların sayı bizi sevindirsə də, yaşı və köhnəliyi sevindirmir. Gömrük rəsmiləşdirilməsi zamanı onların hər birinin təxminən 5 min dollar qiyməti var. Bu onu göstərir ki, onların 10 və daha yuxarı yaşı var. Bu da onu göstərir ki, Azərbaycanın avtomobil parkı köhnədir və onun yenilənməsi üçün işlər görülməlidir".

Bakını xilas etməyin yolları
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

Gömrük statistikasında da artıq hibrid avtomobillərin ölkəyə gətirilən avtomobillərin ciddi bir hissəsini təşkil etdiyi görünür. Rəsmi rəqəmlərə görə, 2021-ci ilin ilk altı ayı ərzində ölkəyə ümumilikdə 36 min 741 ədəd minik avtomobil gətirilib. Həmin avtomobillərin 4 min 878 ədədini (13.2%) məhz daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri təşkil edib.

Dövlət Gömrük Komitəsi bir müddət öncə ölkəyə istismar müddəti çox olan avtomobillərin gətirilməsinin məhdudlaşdırılması ilə bağlı layihələr üzərində işlədiklərini bildirmişdi. "Burada söhbət istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun", – deyə komitə sədri bildirib.

Ehtiyat hissələrinə çəkilən xərc artır

Köhnə avtomobillərin sayının artması avtomobil ehtiyat hissələrinə xərclərin həcminə də təsirsiz ötüşmür. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2015-2020-ci illər ərzində ölkədə həmin xərclərin həcmi 70 milyon manatdan 400 milyon manatadək yüksəlib.

Cədvəl: 2015-2020-ci illərdə Azərbaycanda avtonəqliyyat vasitələrinin ehtiyat hissələri üçün xərclənən vəsaitin həcmi

İl

Avtomobil ehtiyat hissələrinə xərclənən vəsait (manat)

2020

401 milyon

2019

307 milyon

2018

191 milyon

2017

129 milyon

2016

99 milyon

2015

70 milyon

XS
SM
MD
LG