Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Avtomobilləri gömrük bahalaşdırır


Avtomobil satışı
Avtomobil satışı

-

Xarici avtomobil firmalarının Azərbaycandakı nümayəndə və dilerlərinin gətirdiyi «birinci əl» minik maşınlarını rəsmiləşdirmək ildən-ilə daha baha başa gəlir.

Araşdırmalar göstərir ki, neft pullarının dövlət büdcəsinə «axdığı» dövrdə, bir çox başqa mallar kimi, minik avtomobilləri də gömrükdə aşağı qiymətlə rəsmiləşdirilib. Nəticədə külli miqdarda vəsait dövlət büdcəsindən yayındırılıb. Bu işə qatılanlar, təbii ki, pis qazanmayıb.

NEFT PULLARI AZALDIQCA AVTOMOBİL BAHALAŞIR?

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ötən il Azərbaycana 23 min 756 ədəd minik avtomobili gətirilib. Bunun 16 min 677-si rəsmi distribütor və diler şirkətlərin payına düşür. Qalanları, bir qayda olaraq, işlənmiş avtomobillərdir. Onları ayrı-ayrı şəxslər ya satış, ya da şəxsi istifadə üçün gətirib.

AzadlıqRadiosunun araşdırmalarına görə, əgər 2014-cü ildə Azərbaycana idxal edilən bir ədəd minik avtomobili gömrükdə orta hesabla 12 min 304 ABŞ dollarına rəsmiləşdirilmişdisə, ötən il bu göstərici 15 min 242.5 dollar idi. 2013-cü ildə isə gömrükçülər bir minik avtomobilinə bundan iki dəfə az – 8 min 153 dollar qiymət qoyublar.

Mühərrikinin gücünə görə ən «bərkgedən» avtomobillərin qiymətləndirilməsində də son üç ildə ciddi sıçrayış baş verib. 2013-cü ildə mühərrikinin həcmi 3 min kubsantimetrdən çox olan minik avtomobillərindən, orta hesabla, 23 min 221 dollar gömrük rüsumu və vergi alınıb. 2014-cü ildə bu rəqəm 35 min 491 dollara, ötən ilsə 58 min 143 dollara yüksəlib.

«BƏRKGEDƏN» MAŞINLAR BELƏ RƏSMİLƏŞDİRİLİR

Mühərrikinin həcmi 300 kubsantimetri aşan məşhur italyan avtomobil markalarının bir ədədi 2013-2014-cü illərdə Azərbaycan gömrüyündən, orta hesabla, 118 min 267 və 125 min 100 dollara keçirdisə, ötən il gömrükçülər «sayıqlığı artıraraq» bu göstəricinin təqribən ikiqatına nail olublar – 240 min 994 dollar.

Yaxud eyni seqmentdəki ingilis avtomobilləri Azərbaycan gömrüyündə 2014-cü ildə 55 min 858 dollara rəsmiləşdirilirdisə, ötən il bu prosesə ortalama 93 min 665 dollar ödəmək lazım gəlib.

Eyni gücə sahib alman avtomobilləri İtaliya və Böyük Britaniya istehsalı olan markalardan daha ucuzdur. Ötən il Azərbaycana bu tip 495 avtomobil gətirilib və onların orta qiyməti 71 min 303 dollar olub. İki il əvvəlsə Almaniyadan bundan, azı, iki dəfə çox (1056 ədəd) avtomobil gətirilib və gömrük «benzinyeyən»lərə ortalama 62 min 460 dollar qiymət qoyub.

XARİCDƏN GƏTİRİLƏN AVTOMOBİL SAYI VƏ ORTA QİYMƏTLƏR

Aşağıdakı cədvəldə xarici avtomobil markaları yerli nümayəndə və dilerlərinin Azərbaycana 2012-2015-ci illərdə gətirdiyi avtomobil sayı, eləcə də orta qiymətlər əksini tapıb (DGK-nın məlumatları əsasında):

İlAvtomobil sayıOrta qiymət, ABŞ dollarıMühərrikinin həcmi 3000 kubmetrdən çox olan minik avtomobillərinin orta gömrük qiyməti, ABŞ dolları
201523 76515 242.558 143
201457 61512 30435 491
201394 8798 15323 221
201289 65210 52525 774

XS
SM
MD
LG