Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:26

AzadlıqRadiosu Rus və Belarus xidmətləri üçün Vilnüsdə ofis açır


AzadlıqRadiosunun Praqadakı qərargahı
AzadlıqRadiosunun Praqadakı qərargahı

AzadlıqRadiosu yanvarın 10-da Litva paytaxtında yeni ofis açdığını bəyan edib.

ABŞ Konrqesi tərəfindən maliyyələşdirilən AzadlıqRadiosu bildirib ki, bu addım “Rusiyadan qaynaqlanan dezinformasiyaların” qarşısının alınması və yeni dinləyici auditoriyasının genişləndirilməsi məqsədi ilə atılıb.

Vilnüsdəki ofisdən mühacirətdə olan Belarus jurnalistləri istifadə edəcəklər.

AzadlıqRadiosunun Minsk bürosu 2021-ci ilin ortalarında Alyaksandr Lukaşenka rejiminin reydinin ardınca ofisin möhürlənməsindən sonra bağlanıb.

Lukaşenka bu hadisədən bir il əvvəl saxtalaşdırılmış seçkinin qalibi elan edilmişdi.

O bunun ardınca AzadlıqRadiosunu “ekstremist təşkilatlar” siyahısına salaraq faktiki olaraq onun fəaliyyətini kriminallaşdırmışdı.

Çətin missiya

AzadlıqRadiosu Vilnüs ofisinin açılışı münasibətilə bəyanatında xatırladır ki, onun iki jurnalisti – İqar LosikAndrey Kuzneçik hələ də “Lukaşenka rejiminin məhbəsində” qalırlar.

Açılış mərasimində AzadlqıRadiosunun prezidenti Ceymi Flayla (Jamie Fly) yanaşı Litva prezidenti Gitanas Nausedanın, Litva Seyminin spikeri Viktoriya Çmilite-Nilsenin, Belarus müxalifətinin lideri Svyatlana Tsixanouskayanın, habelə ABŞ səfiri Robert Gilkristin (Robert Gilchrist) iştirak edəcəkləri gözlənilir.

Cənab Flay “AzadlıqRadiosu missiyasına qətiyyətli dəstəyinə” görə prezident Nausedaya təşəkkürünü bildirib.

O deyib ki, Vilnüs bürosunun açılması AzadlıqRadiosuna Belarusdakı auditoriyanı dəqiq və doğru xəbərlərlə təmin etmək imkanı verəcək.

Xəbər verilir ki, Vilnüs ofisində həm də radionun rusdilli video platforması olan Current Time telekanalının əməkdaşları mənzillənəcək.

XS
SM
MD
LG