Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:47

Bankların dinməzliyi və birləşməzliyi


►“Banklar niyə birləşə bilmir” sualı aktuallığını itirmir

Mərkəzi Bank (MB) öz arzusunu - bankların birləşməsi diləyini dilə gətirdiyi tarixin (2010) 6-cı ilini yaşayır.

Qurumun “2010-cu il Pul Siyasətinin Əsas İstiqamətləri barədə” bəyanatında yazılıb ki, bank sistemində konsolidasiya tədbirləri həyata keçiriləcək.

O vaxt neft pullarının hələ axışdığı vaxtlar idi, amma nə yazıq ki, baş bank bu istəyini gerçəyə çevirmək üçün fəallıq göstərmədi.

Bu azmış kimi, elə 2010-cü ilin mayında baş bankir Elman Rüstəmovun dilindən bu sözlər də çıxıb:

“Hazırda neftin qiyməti ölkəmizə əlverişlidir və bankların birləşməsi, hələlik, nəzərdə tutulmur”.

MB-nin inzibati metodu nəticə vermir

MB 2012-ci ildə bu dəfə bankları nizamnamə kapitalı vasitəsi ilə birləşməyə məcbur etmək istədi. Nizamnamə kapitalına tələb 10 milyon manatdan 50 milyon manata qaldırıldı.

Bu tələbə ayrılan vaxt uzadılsa da, MB bankları birləşdirməyə həvəsləndirə bilmədi.

Manatın 2-ci devalvasiyasından sonra bank sektoru ciddi itkilərlə üzləşdi. Bu dəfə MB bankları bağlamaqla birləşməyə vadar etmək istədi. Həmin şərtlə “NBC Bank”ın lisenziyasını bərpa etdi və bir neçə banka birləşmək üçün bir ay müddət verdi.

Könüllü birləşmə istəyini “Dəmirbank”la “AGBank” göstərdi. Ancaq nəticə olmadı. Fevralın 12-də “AGBank” açıqladı ki, “Dəmirbank”la deyil, “Bank Standard”la birləşmək üçün müzakirələrə başlayıb.

MB-nin bu qədər cəhdindən sonra bu birləşməzlik mərəzi sual doğurur: Banklar niyə birləşə bilmir?

Samir Əliyev
Samir Əliyev

İqtisadçı ekspert Samir Əliyev xatırladır ki, MB 2010-cu ildən bəri bankların konsolidasiyasını sektorun öncəliyi sayıb:

“MB bankları könüllü birləşməyə çağırsa da, təəssüf ki, bu istiqamətdə heç bir nəticə əldə edə bilməyib”.

Məcmu kapitala tələb 5 dəfə artırılsa da...

Ekspert MB-nin əl atdığı inzibati üsulları da yada salır: “2012-ci ildə bankların məcmu kapitalı 5 dəfə artırıldı. Yəni minimum kapital həddi 10 milyondan 50 milyon manata qaldırıldı.

Banklara 2013-cü ilin sonunadək vaxt qoyuldu. Xeyli bank bu normativi yerinə yetirə bilmədiyindən vaxt daha bir il uzadıldı. Nəhayət, zaman bitərkən, 4 bank bu öhdəliyi yerinə yetirə bilmədi, ancaq MB onları bağlamadı”.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“Əsas odur ölü doğulan uşağa bənzəməsinlər”

S. Əliyev bildirir ki, iki devalvasiyadan böyük zərbə almış banklar seçim qarşısında qaldı: “Ya bağlanaraq bazarı tərk etməli, ya da bazarda qalmaq üçün birləşməli. Belə bir seçim bankları könülsüz birləşmə qərarı verməyə məcbur etdi... Lisenziyasını itirən “NBC”, “ATRABANK” belə banklardandır”.

Ekspert “AGBank”ın “Dəmirbank”la birləşmə müzakirələrini dayandırmasına təsəsüflənir:

“Digər banklarla müqayisədə bu banklar vaxtında addım atdılar və əmanətlərini əhəmiyyətli dərəcədə qoruya bildilər. Təəssüf ki, bu birləşmə müzakirəsi uğursuz oldu. Arzu edirəm ki, “AGBank”ın “Bank Standard”la birləşməsi baş tutsun. Əks halda hər iki bank bazarı itirə bilər. Digər bankların da birləşməsi arzuolunandır. Əsas odur ölü doğulan uşağa bənzəməsinlər”.

“MB o banklara kömək əlini uzatmır, amma…”

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, birləşməzliyin başlıca səbəbi təklifin yuxarıdan - MB-dən gəlməsidir:

«MB o banklara kömək əlini uzatmır, amma birləşmələrini tələb edir. Halbuki həmin bankların vəziyyəti çox ağırdır. Bu vəziyyətdə birləşə bilməzlər. Əgər MB onlara kredit verməyəcəksə, ləğv etmək daha düzgün olardı».

Eksper bəzi bankların ləğv edilmələrinə sevindiyini söyləyir:

“Məsələn, “Texnikabank”ın sahibləri indi sevinirlər ki, canları qurtardı ləğv edilməklə. Digər belə bankların sahibləri də, təbii, bir-birinə güvənmir. Buna görə də birləşə bilmir. Çünki fəaliyyət göstərmək üçün vəsait qoymaq lazımdır. Onlarsa bir-birinə etibar etmir deyə, vəsait qoymaq istəmirlər”.

Buna da bax...

6 bank Qarabağ əlilini məhkəməyə verib
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

XS
SM
MD
LG