Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:32

Blinken: Putin diplomatiyada maraqlı deyil


Entoni Blinken
Entoni Blinken

Vaşinqton Moskvanın Ukraynada müharibəni bitirmək üçün danışıqlarda maraqlı olmasının heç bir əlamətini görmür. Bunu Dövlət katibi Entoni Blinken dekabrın 4-də ABŞ televiziyasına müsahibəsində deyib.

“Sözügedən tərəflər, bu halda Rusiya mənalı diplomatiyada həqiqətən maraqlı olarsa, diplomatiyanın həmişə dəyəri var. Biz isə, azından son vaxtlar, bunun tam əksini görürük”, – Blinken CBS News-a deyib. O, döyüş zonasında uğursuzluqla üzləşən Rusiya Prezidenti Vladimir Putinin taktikanı dəyişdiyini sözlərinə əlavə edib.

Hədəfdə dinc ukraynalılardır

“O, cəbhədə uda bilmədi, ona görə də qəzəbini və atəşi ” dinc ukraynalılara yönəldir, enerji infrastrukturunu hədəfə alır, işıqları, istiliyi, elektriki söndürür. İndi baş verən budur. Putin mənalı diplomatiyada həqiqətən maraqlı olduğunu göstərməyincə, bunun bir nəticəsi olmayacaq”, – Blinken “Face The Nation” proqramında söyləyib.

Son bir neçə həftədə Rusiya qüvvələri Ukrayna boyunca infrastruktura zərbələr endirir. Moskva eyni zamanda Donetsk vilayətində Baxmut şəhərinə hücumu davam etdirir, Xerson şəhərində obyektləri vurur. Ukrayna qüvvələri bu şəhəri 8 aylıq işğaldan ötən ay azad ediblər.

Prezident Co Bayden (Joe Biden) dekabrın 1-də deyirdi ki, Rusiya lideri işğala son qoymaq istəsə, Putinlə danışmağa hazırdır.

Müharibəyə ictimai dəstək azalır

Rusiyanın müstəqil media orqanı isə ölkədə hərbi kampaniyaya ictimai dəstəyin “əhəmiyyətli azalması”nın yeni əlamətlərini aşkarlayıb. Bu haqda dekabrın 4-də Britaniyanın Müdafiə Nazirliyi yazıb.

“Meduza” portalı Federal Mühafizə Xidmətinin keçirdiyi konfidensial rəy sorğusunu əldə etdiyini bildirib. Bu xidmət Kremlin mühafizəsi, aparıcı hökumət rəsmilərinin təhlükəsizliyi ilə məşğuldur.

Kremlin sifarişiylə keçirilmiş sorğuda respondentlərin 55 faizi Ukrayna ilə sülh danışıqlarını dəstəkləyib. 25 faiz müharibənin davam etməsini istədiyini deyib.

XS
SM
MD
LG