Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:44

Rusiya qəzeti ‘səhvən’ itkiləri açıqlayıb?


Xarkov yaxınlığında məhv edilmiş Rusiya tankının qülləsi
Xarkov yaxınlığında məhv edilmiş Rusiya tankının qülləsi

Rusiyanın “Komsomolskaya pravda” qəzetində dərc olunmuş xəbərdə Müsdafiə Nazirliyinə istinadən 9861 Rusiya hərbçsinin həlak olduğu və daha 16 min 153 hərbçinin yaralandığı xəbər verilmişdi.

Az sonra xəbər redaktə olunub və sözü gedən rəqəmlər mətndən çıxarılıb.

Ukrayna tərəfinin verdiyi son məlumata görə Rusiya Ukrayna müharibəsində az qala 15 min əsgər və zabitini itirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və NATO-ya üzv ölkələrin kəşfiyyatları Rusiya ordusunun Ukraynadakı hücum əməliyyatlarının bir sıra istiqamətlərdə irəliləməsinin və instensivliyinin azaldığını xəbər verirlər.

İşğal olunmuş Xerson şəhərində Rusiya əsgərləri Ukrayna bayraqları altında keçirilən dinc nümayişə atəş açıblar. Yaralananların olduğu xəbər verilir.

Moskva əsirləri dəyişdirmək istəyir

Bu arada xəbər verilir ki, Rusiya Beynəlxalq Qırmızı Xaç Komitəsinə əsir düşən 500 Ukrayna hərbçisinin siyahısını verib və əsirləri dəyişməyə hazır olduğunu bildirib.

Bu barədə məlumatı Rusiyada insan haqları ombudsmeni Tatyana Moskalkova verib.

Ötən həftə Rusiya və Ukrayna arasında ilk əsir dəyişdirilməsi olmuşdu.

Ukrayna tərəfi oğurlanmış Meliotopol merinin əvəzinə Rusiya tərəfinə 9 hərbçi qaytarmışdı.

BMT: Rusiyanın işğalı başlayandan 10 milyon ukraynalı evindən didərgin düşüb

Ukraynada müharibə başlayandan bəri on milyon insan evini tərk edib,

Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komissarı martın 20-də bildirib ki, on milyon insan – əhalinin təxminən dörddə biri – Rusiyanın əsassız müharibəsi səbəbindən indi Ukraynadakı evlərini tərk edib. Bu, evlərini tərk etməyə məcbur olan mülki vətəndaşların çəkdiyi əzabdır”, - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Filippo Qrandi tvitter hesabında yazıb.

“Ukraynadakı müharibə o qədər dağıdıcıdır ki, 10 milyon insan ya ölkə daxilində didərgin düşüb, ya da xaricə qaçqın düşüb”, o əlavə edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəqəmlərinə görə, fevralın 24-də Rusiyanın işğalı başlayandan bəri əksəriyyəti qadın və uşaqlar olmaqla 3,4 milyondan çox ukraynalı öz ölkəsini tərk edib.

BMT-nin uşaq agentliyi UNİSEF xaricə qaçanlar arasında 1,5 milyondan çox uşağın olduğunu bildirib. Qaçqınlar Polşa, Rumıniya, Slovakiya, Macarıstan və Moldova kimi qərbdəki qonşu ölkələrə sığınıblar.

Bu arada, mühasirədə olan Mariupol şəhərinin hakimiyyət orqanları son günlər bir neçə min sakinin zorla Rusiyaya köçürüldüyünü iddia edirlər. "İşğalçılar Mariupol sakinlərini filtrasiya düşərgələrinə göndərir, telefonlarını yoxlayır və Ukrayna sənədləri ələ keçirilir", - Donetsk vilayət administrasiyasının rəhbəri Pavlo Kyrylenko bildirib.

XS
SM
MD
LG