Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

Kredit borcu olanları ölümlə hədələyir, evlərinə "Molotov kokteyli" atırlar


İllüstrasiya
İllüstrasiya

►Hətta şantaj edib borclunun telefonunu seks səhifəsinə də yerləşdirirlər...

Bloomberg.com-dakı məqalədə deyilir ki, yanvarın 27-də gecə Rusiyanın Ulyanovsk şəhərində bir mənzilin pəncərəsindən içəri "Molotov kokteyli" atıldı.

İçəridəki azyaşlı uşaq ağır yanıq xəsarəti aldı.

Prokurorluq bu hücumda 44 yaşlı kişini ittiham etdi.

Həmin uşağın babası ondan 4000 rubl (51 dollar) borc götürübmüş.

Ödəmə müddətini keçirdiyinə görə hədələnirmiş.

Günahlandırılan keçmiş polis işçisi isə ittihamları rədd edib.

HƏM DƏ BANK KREDİTLƏRİ

Rusiyanın iqtisadi vəziyyəti pisləşdikcə onun vətəndaşları borclarını ödəməkdə daha çox çətinlik çəkirlər. Borc toplayanlarsa hövsələsizliklə onları təqib edirlər. Son aylar ərzində borc toplayan agentlər borcluları təhqir etməkdə, onların maşınlarını vandalizmə məruz qoymaqda, hətta onların mənzillərinin kənarında saxlanmış uşaq arabalarını dağıtmaqda ittiham ediliblər. (Ardı aşağıda)

Dekabrda cənubi Rusiyada bir uşaq bağçası evakuasiya edilmişdi; belə ki, bir nəfər zəng vuraraq bir işçinin əri borcunu ödəməyəcəyi təqdirdə binaya hücum edəcəyi ilə hədələmişdi.

Novosibirskdə yaşayan Anton and Anna Byskup cütlüyü isə deyir ki, yanvarda tanımadıqları borc yığanlar onların dostlarına və qohumlarına e-mail vasitəsilə ailənin körpə qızı haqda nekroloq göndəriblər. Onlar bununla kifayətlənməyib Annanın şəkli və telefon nömrəsini seks xidmətləri təklif edən səhifədə yerləşdiriblər. Cütlüyün sözlərinə görə onlar qısa müddətə, ancaq yüksək faizlə götürdükləri 15000 rublluq (203 dollar) kreditin vaxtını ötürüblərmiş. “Mən əsirdim, mən əsəb gərginliyi keçirdim," deyə Anna televiziyaya verdiyi müsahibəsində bildirib.

Baş verənlərdən qəzəblənən insanlar daha sərt tədbirlərin görülməsini tələb edirlər. Sosial mediada artıq belə zorakılıq qurbanlarının öz əhvalatlarını, foto və videolarını paylaşa biləcəkləri səhifələr yaradılıb.

BÖHRAN GERÇƏYİ

İqtisadiyyatı 2008-ci ilin maliyyə böhranından sonra dirçələn Rusiyanın əhalisi kütləvi şəkildə kredit götürməyə başlamışdı. İstehlak kreditlərinin ümumi həcmi 2008-2015-ci illər arasında iki dəfədən çox artaraq 10,3 trilyon rubl (139 milyard dollardan çox) olub.

2014-cü ildə rublun məzənnəsinin kəskin aşağı düşməsindən sonra istehlakçılar qiymətlərin bahalaşacağını düşünərək xarici eletrotexnika almağa başladılar. Bu isə istehlak kreditlərinin həcmini daha da artırdı.

İqtisadiyyatın böhran vəziyyətində olduğu indiki dövrdə isə istehlak borclarının təqribən 10 faizinin vaxtı keçib. İpoteka borclarınınsa yalnız 4 faizinin ödənməsi gecikdirilib.

Xırda, amma yüksək faizli kreditlər verən şirkətlərdən borc götürənlərin ödəməli olduğu faizlər bəzən hər gün artır. "Domaşnie Dengi" ("Ev pulu") şirkətinin İnternet səhifəsində deyilir ki, götürülən kreditlər günlük 1% və deməli illik 365%-lə ödənilir. Böhran vaxtı belə kreditlər artdı.

"Domaşnie Dengi"nin icraçı direktoru Andrei Bakhvalov Byskupların işi barədə şərh verməkdən imtina edib. O, e-mail vasitəsilə bildirib ki, şirkət bəzən ödənilməyən kreditləri geri ala bilməyəndə onları kənar kollektorlara satır. Onun sözlərinə görə maliyyə bazarında bu adi praktikadır.

Rusiyada azı 90 gün gecikdirilmiş istehlak kreditlərinin ümumi həcmi 16,4 milyon dollara yaxındır.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

QANUNİ BİZNES...

Milli Peşəkar Toplama Agentlikləri Assosiasiyasından bildiriblər ki, qurum ölkənin borc kollektorlarının 90%-ni təmsil edir və onun üzvlərinin heç biri qeyri-qanuni fəaliyətdə ittiham olunmayıb. Qurumun direktoru Boris Voronin deyir ki, onlar işlərini əsasən telefonla görürlər və nadir hallarda harasa gedirlər. Onun sözlərinə görə kollektorların qalan 10%-i "xuliqanlardır": "Onlar bir neçə min rubla görə adamı az qala öldürə də bilərlər, ən azı hədələyərlər."

Borclular bildirirlər ki, hökumət qurumları nadir hallarda kollektorların hədələri ilə bağlı şikayətləri araşdırırlar. Ulyanovskda yanıq xəsarəti almış uşağın babası İsmayıl Hüseynov Rusiya mediasına bildirib ki, o, əvvəllər hədələyici mesajlar alıb və kimsə onun pəncərəsindən içəri üzərində borcu ödəmək tələbi yazılmış kağız bərkidilmiş kərpic atıb. Bundan sonra o, polisə müraciət etsə də heç bir tədbir görülməyib. Molotov hücumundan sonra polis şübhəli şəxsi əvvəki mesajların göndərildiyi mobil telefon nömrələrinin izinə düşərək tapıb.

Keçən ilin oktyabrında qüvvəyə minmiş qanuna görə insanlar müflis olduqlarını elan edə bilərlər. Ancaq qanuna görə, bunu edə bilmək üçün onların azı 500 min rubl (6802 dollar) gecikmiş borcu olmalıdır ki, bu da əksər insanların borcundan çoxdur.

Rusiya parlamenti borc toplama biznesini nəzarət altına almaq, hətta onu ləğv etmək barədə düşünür. Voroninin sözlərinə görə, nəzarətin güclənməsi qanuni borc kollektorlarının işini çətinləşdirəcək, qalanları isə qeyri-qanuni fəaliyyət göstərməyə davam edəcək.

Moskvada yerləşən kredit monitorinq agentliyi United Credit Bureau-nun rəhbəri Alexander Akhlomov deyir ki, borclar olduğu müddətdə kollektorlar da olacaq, ancaq "sivil metodlardan istifadə olunmalıdır."

Buna da bax: Başkəsən dayənin məhkəməsi

Özbək qadın: “Mənə əmri Allah verib”
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

XS
SM
MD
LG