Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:39

'Böyük Savaş'ın neft qızdırması…


Mesopotamiyada ingilis əsgərləri
Mesopotamiyada ingilis əsgərləri
Azərbaycan ziyalıları I Dünya Müharibəsindən nə umurdular?
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

1914-cü il iyulun 28-də başlanan Birinci Dünya Müharibəsi 1918-ci il noyabrın 11-də başa çatdı...

Qərbdə «Böyük savaş» adı ilə tarixə düşən bu «ölüm dəyirmanı»na 70 milyondan artıq hərbçi qatıldı.

Bu savaşda 10 milyona yaxın əsgər öldü.

20 milyona yaxını yaralandı və çox sayda insan aclıq və xəstəlikdən dünyasını dəyişdi.

Dünya çox böyük maddi zərər gördü.

Bu savaş 4 imperiyanı dağıtdı.

Müharibə dünyaya 80 milyard dollar məbləğində ziyan vurdu.

Amma bu böyük və dəhşətli savaşdan dərs alınmadı.

Və... üstündən 21 il keçəndən sonra 2-ci Dünya Müharibəsi başlandı...

AzadlıqRadiosunun «İz» proqramı Birinci Dünya Müharibəsinin 102-ci ilinə həsr etdiyi verilişi – «Neft qızdırması»nı diqqətə yetirir.

– Bir əsrdə niyə iki dünya müharibəsi baş verdi?

– XIX əsrin sonu XX əsrin əvvəllərində neft iqtisadi amildən hərbi-siyasi amilə necə çevrildi?

– Birinci Dünya Müharibəsi nədən başladı?

– Ölkələr domino effekti ilə necə savaşa girdilər?

– Əsas obyekt Osmanlı ola-ola, Türkiyə ilk vaxtlar necə tərəfsiz qala bildi?

– İngiltərə bir güllə ilə iki dovşanı (Osmanlını dağıtmaq, Almaniyanın güclənməsinin qarşısını almaq və Mesopotamiya neftini onun əlindən almaq) necə vurdu?

– Türkiyəni hansı yolla savaşa qatdılar? Türkiyənin savaşa qatılmasında kimlər maraqlı idi və nədən?

– Mesopotamiya nefti üstündə başlayan savaşın sonunda bütün gözlər niyə Bakı neftinə dikildi?

Bu və digər suallar yarım saat boyunca AzadlıqRadiosunun «İz» proqramında cavablanacaq.

Verilişin bələdçisi yazıçı-publisist, müstəqil araşdırmaçı Nazim Rza İsrafiloğludur.

İyunun 15-də saat 23-də XX əsrin «Böyük Savaş»ının (The Great War) izinə düşün.

Nazim Rzanın Birinci Dünya Müharibəsinin əsas səbəbkarı saydığı «neft qızdırması»nın fəsadları onun öz dilindən eşidiləcək...

XS
SM
MD
LG