Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:51

3 aydır qaza həsrət qalanlar: 'Rövnəq Abdullayev çıxsın, desin, ki...'


"Qaz problemi". Karikatura. Gündüz Ağayev.
"Qaz problemi". Karikatura. Gündüz Ağayev.

“Onsuz da qazın təzyiqi aşağı idi, ancaq 3 aydır yerli-dibli yoxdur”.

Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 30 saylı binada 3 aydan çoxdur ki, sakinlər qaza həsrət qalıblar. Bu barədə AzadlıqRadiosu-nun “Qaynar xətt”inə özləri danışıb.

“RÖVNƏQ ABDULLAYEV ÇIXSIN...”

Həmin ünvanda yaşayan Kamandar Əliyevin sözlərinə görə, uzun müddətdir ki, sakinlər bu problemi yaşayırlar. Son bir neçə ayda isə durum lap pisləşib:

Buna da bax:​ Motlayataqlıları dilə gətirən sosial problemlər

“İldən-ilə vəziyyət ağırlaşır. Belə görünür ki, gələn il bu vaxt vətəndaşlara deyəcəklər, ‘mavi yanacağı yerli-dibli unudun’. Rövnəq Abdullayev (SOCAR prezidenti) çıxsın, xalqın qarşısında desin ki, ‘ay camaat, əl çəkin, bu ölkədə qaz başqa ölkələr üçün istehsal olunur, sizin üçün yox’. Biz də bilək ki, ölkədə vətəndaşlar üçün qaz istehsalı yoxdur. Vaxtımızı, əsəbimizi itirməyək. Demir axı, deyir, ‘ölkədə mavi yanacaq ehtiyatı qədərincədir’. Aylardır mətbəxdə qazı gəlməyən vətəndaş da televizordan bunu eşidəndə qəzəbindən dil-dodağını çeynəyir”.

Bina sakini Hatəm Müslümov 3 ayda elektrik israfına görə 530 manat ödədiyini deyir:

“Təkcə yanvar, fevral, mart ayları üçün bu qədər işıqpulu ödəmişəm. Mən son ayları dedim. Ondan əvvəlki aylar da ödənişlərimiz az olmayıb. Qaz yoxdur deyə, elektrik qızdırıcıları qoşurduq. İndilərdə istilər düşür deyə, binamızda hamı sevinir ki, xərclərimiz azalır”.

Buna da bax:​ Ferma evlərin arasında yerləşəndə nə baş verir?

“ARADABİR DAYANDIRILIRDI”

Nəsimi rayon Qaz idarəsindənsə "Qaynar xətt"ə bildirilib ki, abonentlərin şikayəti əsaslı olsa da, şişirdilir:

"Düzdür, Bakının çox yerində bu vəziyyət mövcud idi, ancaq indi qaz var axı... Həm də abonentlərin dediyi kimi deyil, qazın təzyiqi aşağı olsa da, verilişi aradabir dayandırılırdı. Səbəb, əsasən, ötürücülərdə təmir işləri aparılması ilə bağlı olurdu. Bundan sonra qaz verilişində problem olmayacaq".

Buna da bax:​ Bir qrup xırdalanlının 'əlindən xəta çıxa bilər'...

Abonentlərsə yay fəslində onsuz da qaz verilişində fasilə olmadığını bildirirlər. Onlar hökumətdən daha çox soyuq havalarda mavi yanacağın kəsilməməsini tələb edirlər.

XS
SM
MD
LG