Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:35

Divarında pambıq bitən «fəhlə-köçkün yataqxanası»


Refugees hostel, Baku, Aserbaijan, apr.2016
Refugees hostel, Baku, Aserbaijan, apr.2016

5 mərtəbəli yataqxananın hər mərtəbəsində azı 20 ailə yaşayır. Onların arasında uşaqlar, ahıl yaşda olanlar, əlillər var. Yataqxana sakini deyir, dəfələrlə qəzalı pilləkənlərdən yıxılıb xəsarət alanlar olub.

«Evlərin divarlarında pambıq şitili bitir. Tualetdə, hamamda daşlar qopub başımıza tökülür».

«DAŞ-KƏSƏYİN ALTINDA QALACAĞIQ»

Atatürk prospektində yerləşən keçmiş 3 saylı Fəhlə yataqxanasında 23 ildir ki, köçkünlər yaşayır. Müstəqil Misirli AzadlıqRadiosu-na yataqxanadakı vəziyyətdən bəhs edir:

Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

«Durumumuz çox ağırdır. «Qaçqınkom»a, yerli icra hakimiyyətinə saysız-hesabsız müraciətlərimiz olub. Bina qəzalı vəziyyətdədir. Zirzəmiyə çirkab sular dolur. Üfunətdən evlərdə oturmaq mümkün deyil. Elektrik, qaz, su, kanalizasiya xətləri çoxdan çürüyüb. Hər gün daşları qopub tökülür, bir gün tam çöksə, gec olacaq. Hamımız daş-kəsəyin altında qalacağıq».

Evlərin divarlarında pambıq şitili bitir...
Evlərin divarlarında pambıq şitili bitir...

5 mərtəbəli yataqxananın hər mərtəbəsində azı 20 ailə yaşayır. Onların arasında uşaqlar, ahıl yaşda olanlar, əlillər var. Yataqxana sakini deyir, dəfələrlə qəzalı pilləkənlərdən yıxılıb xəsarət alanlar olub.

«BAŞÇININ ÜZÜNÜ GÖRƏ BİLDİK»

Bu ayın əvvəli köçkünlər problemlərinə diqqət çəkməkdən ötrü binanın qarşısına toplaşıblar. Tezliklə Binəqədi rayon icra hakimiyyətinin başçısı əraziyə gəlib:

«Başçı elə bilmişdi ki, cəbhədəki vəziyyətlə bağlı aksiya keçiririk, qaça-qaça gəlmişdi. Nəhayət, biz ilk dəfə başçının üzünü görə bildik. Söz verdi ki, bizi yataqxanadan köçürəcəklər. Yataqxanada yaşamağımızla bağlı siyahıya alınmağımızı tapşırdı, getdi. Aqibətimiz necə olacaq, bilmirik».

Binəqədi rayon icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, 3 saylı keçmiş fəhlə yataqxanasının qəzalı durumu ilə bağlı Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məktub göndəriblər. Köçkünlərin köçürülməsi ilə Komitə məşğul olmalıdır. Binada məskunlaşmış köçkünlərin siyahıya alınması başa çatıb.

XS
SM
MD
LG