Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:36

Azərbaycanda 25 min çoxuşaqlı ana var, qayğıları isə…


Yarımçıq tikiliyə sığınmış 5 uşaqlı ailə
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Yarımçıq tikiliyə sığınmış beş uşaqlı ailə (2019)

Dekabrın 20-də Prezident İlham Əliyev "Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında" Fərmana dəyişiklik etdi. Bu məbləğ hər uşağa görə 55 manatdan 70 manata qaldırıldı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkədə beşdən çox uşağı olub sosial müavinət alan qadınların sayı 2 min 500 nəfərə yaxındır, onların uşaqlarının sayı isə 10 mindir.

Çoxuşaqlı ananın tərifi…

Əvvəl Azərbaycanda çoxuşaqlı analar üç və daha çox uşaqlı analar sayılırdı. Lakin bu il sentyabrın 27-də Nazirlər Kabineti "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişiklik edərək beş və daha çox uşaqlı qadınları çoxuşaqlı analar kimi tanıyıb.

Bu ilin iyul ayının statistikasına görə, üç uşaqlı ailələrin sayı 261.9 min təşkil edir.

M.İbrahimqızı
M.İbrahimqızı

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı "Turan"a bildirib ki, uşaqlara verilən müavinətlər həmişə gündəmdədir: "Analara uşaqpulunun verilməsi çox vacib məsələdir. Bugünkü durumda dövlətimiz resurslarından maksimum dərəcədə çalışır ki, əhalinin sosial rifahını yaxşılaşdırsın. Özünüz də son günlər möhtərəm prezidentin imzaladığı fərman və sərəncamlardan görürsünüz ki, elə bir növ müavinət, təqaüd yoxdur ki, əhalinin həssas sosial qrupları kimi əhatə edilməsin".

Deputat hesab edir ki, hazırda çox ağır və qısa zamanında həll olunmasını tələb edən problemlər var: "Biz müharibədən təzə çıxmışıq, 10 minlərlə şəhid ailələri və qazilərimiz var. Bura Birinci Qarabağ müharibəsinin iştirakçıları da aiddir. Onların hamısına avtomobillərdən tutmuş, evə, torpaq sahəsinə və müavinətlərə qədər verilir. On minlərlə müharibə iştirakçılarına da müavinətlər verilir.

Altı uşaqlı ailə sosial yardım ala bilmir
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

"Təqaüdlər dövlətimizin resursları daxilindədir"

M.İbrahimqızının vurğulamasına görə, bütün bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə sürətlə bərpa prosesləri gedir: "Digər tərəfdən isə, koronavirus pandemiyası ilə bağlı sahibkarlara və işsizlərə kompensasiya verilib. Lakin bütün bunlara baxmayaraq, dövlət maksimum çalışır ki, müavinət və təqaüdlər, əmək haqları qaldırılsın. Heç kəs deməz ki, bu artımlar kifayətdir, amma bu gün ayrılan sosial müavinətlər və təqaüdlər dövlətimizin resursları və gücü daxilindədir".

"Qadın üçün" Təşəbbüs Qrupunun rəhbəri Zümrüd Yağmur isə AzadlıqRadiosuna bildirib ki, sözügedən müavinətin məbləği çox azdır: "Məbləğin cəmi 15 manat artırılmasının özü beş uşaqlı analara qayğıdan daha çox digər maaş və təqaüd artımlarının tərkib hissəsidir. Çünki 15 manat o qədər az bir rəqəmdir ki, hansı şərtlər olur-olsun, bundan ötrü fərman imzalaması kinayə doğuran bir şeydir".

Z.Yağmur
Z.Yağmur

"Beş uşağı olan ailə tapmaq get-gedə çətinləşir"

Onun sözlərinə görə, Azərbaycanda beş uşağı olan ailə tapmaq get-gedə çətinləşir: "İnsanların iqtisadi durumu yaxşı deyil. Elə ona görə də bir-iki uşağı olan ailələrə daha çox rast gəlinir. Digər tərəfdən, dünyada üç uşaqlı ailələr çoxuşaqlı ailələr hesab olunur. Özünü inkişaf etmiş dünyanın bir parçası olduğunu iddia edən hakimiyyət bu iddianı elə məsələlərlə gerçəkləşdirməlidir ki, bu hiss olunsun. Bu, büdcəyə də elə də çox ziyan gətirməz".

Z.Yağmurun fikrincə, çoxuşaqlı analar beş uşağı olan qadınlar yox, üç uşağı olan qadınlar hesab olunmalıdır: "Hər uşağa görə hiss olunan artıma gedilməlidir. Əks halda, o sərəncamın ciddiliyindən danışmaq, ailələrin sosial durumunu düzəldəcəyini müzakirə masasına yatırtmaq mümkün deyil".

XS
SM
MD
LG