Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:45

Z.Əlizadə: «Ermənistan Lavrovun təklifinə «yox» deyb»


arxiv foto
arxiv foto

-

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan rəhbərliyi ilə nəticəsiz danışıqları Qarabağ münaqişəsinin dinc yolla həllinin üstündən xətt çəkib”.

Bunu Azadlıq Radiosuna politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, belə bir vəziyyətin yaranmasının səbəbi çox sadədir:

“S. Lavrovun 5 rayonun qaytarılması təklifinə Ermənistan “yox” deyib".

Z. Əlizadə deyir ki, Ermənistan rəhbərliyi 10 illər yürütdükləri siyasətin girovuna çevriliblər. Xalqı inandırıblar ki, bu torpaqlar onlarındır:

“İndi durub deyə bilməzlər ki, ay millət, məsələ bir az başqa cürdür, torpaqlar bizim yox, Azərbaycanındır. Ona görə də S. Lavrova mücbət cavab verə bilməyiblər”.

"YENİ HƏRBİ ƏMƏLİYYATLAR QAÇILMAZDIR"

Z. Əlizadə Qarabağ münaqişəsi ilə bağlı özünün gələcəyə yönəlik təxminlərini də dilə gətirib. Bildirib ki, ermənistan rayonlardan çıxmalıdır, bu olmasa yeni hərbi əməliyyatlar qaçılmazdır:

"Bu əməliyyatlarda yenə də bir qədər hərbçi itirdikdən sonra, Ermənistanda hakimiyyət əleyhinə xalq etirazları başlayacaq. Ya da 1996-cı ildə hərbçilər Levon Ter-Petrosyanı hakimiyyətdən devirdikləri kimi indi də Sarksiyanı devirəcəklər. İstənilən variantda Ermənistanı xoş bir şey gözləmir”.

Ancaq Z. Əlizadə qeyd edib ki,Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı deyil.

TARİXƏ NƏZƏR

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. Dağlıq Qarabağın erməni icması bu bölgənin Ermənistana birləşdirilməsi tələbi ilə etirazlara başlayıblar. Sonrakı illərdə bu silahlı döyüşlərə səbəb olub.

Ermənistanvə Dağlıq Qarabağdakı tanınmayan rejimin silahlı qüvvələri Şuşa, Ağdam, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Füzuli, Laçın rayonlarını işğal ediblər. Xocalı şəhərində qətliamlar törədilib.

1994-cü il mayın 12-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində tərəflər atəşkəs protokolu imzalayıblar.

2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhədə yenidən ağır döyüşlər keçirilib. Hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hərbi əməliyyatların dayandırılması haqda razılıq əldə edilib. Ancaq yenə də tərəflər bir-birlərini atəşkəsi pozmaqda ittiham edirlər.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

XS
SM
MD
LG