Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:53

Banklara dollar 'qulaqburması'


İllüstrasiya
İllüstrasiya

►Palata banklara “Dollarını sat” deyir, di gəl...

Ekspertlər Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara müdaxiləsini yolverilməz sayırlar

“Brexit”in Azərbaycana təsir göstərməyəcəyini bildirən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) inzibati müdaxilə məcburiyyətində qalıb.

Fins.az-ın məlumatına görə, Palata dollar satışını süni surətdə dayandıran və dollar qıtlığı yaradan banklara xəbərdarlıq edib. İşdə problemlə üzləşməmək üçün adının açıqlanmasını istəməyən bankdakı mənbələrin söylədiyinə görə, Palata iyunun 25-də bankların dollar satışını dayandırması ilə bağlı monitorinq keçirib.

Nəticədə, valyuta satışına süni maneə yaradan banklar cəzalandırılıb. Bu gün – iyunun 28-də banklarda dollar satışı bərpa edilib.

Yenə “Brexit” bilməcəsi...

Böyük Britaniyanın Avropa Birliyindən çıxması (“Brexit”) dünya maliyyə bazarlarına təsirsiz ötüşməyib. Əsas valyutalar dollar qarşısında dəyər itirib. Azərbaycanın rəsmi qurumları “Brexit”in Azərbaycana təsirinin olmadığını desələr də, valyuta bazarında çaxnaşma yaşanıb: bəzi banklar ya dollar satışını dayandırıb, ya da Mərkəzi Bankın (MB-nin) təyin etdiyi həddin üzərində satış gerçəkləşdirib.

Banklarda devalvasiyanın sürətlənməsi gözləntiləri də var. Mütəxəssislər həftə ərzində MB-nin məzənnəni bir qədər də artıracağını proqnozlaşdırırlar.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Duruma Palatanın inzibati müdaxiləsi suallar doğurur: Bazara inzibati müdaxilə doğrudurmu? Nəzarət qurumu banklara “dollarını sat” deyə bilərmi?

“İstəyər - satar, istəməz - satmaz”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, palatanın dollarını satışa çıxarmayan bankları cəzalandırmaq yetkisi yoxdur:

“Bank dollar satmağa məcbur deyil. Bank sahibkardır, heç kəs onun cari işinə qarışa bilməz. İstəyər- satar, istəməz – satmaz, özü bilər. Bazar iqtisadiyyatı şəraitində başqa cür ola bilməz”.

Ekspertin fikrincə, bank dollar satmırsa, deməli, MB-yə güvənmir:

“Niyə güvənmir? Çünki MB-nin fəaliyyəti şəffaf deyil. Çünki MB vəziyyəti açıqlamır, halbuki buna borcludur. İnzibati alətlər yolverilməzdir”.

____________________________________________________________

Bunlara da bax:
Xədicə İsmayıl: «Bu, sizin də başınıza gələ bilər»
Təcili Tibbi Yardımda - [karikatura]

____________________________________________________________

“Yerli bankların məhdudlaşdiricı qərarlar alması normaldır”

Maliyyə bazarları eksperti Cəfər İbrahimli deyir ki, “Brexit” 2008 -ci il böhranından bəri dünyada riskləri ən yüksək səviyyəyə qaldıraraq, bütün maliyyə alətləri və əmtəə məhsulları üzərində ciddi basqı yaradıb:

“Hələlik, proseslər yaxın müddətdə maliyyə bazarlarında dalğalanmaların davam edəcəyini göstərir. Dünyada baş verən proseslər fonunda yerli banklarımızın müvafiq addım atması və valyuta mövqeyinə uyğun məhdudlaşdırıcı qərarlar alması normal hal kimi qiymətləndirilməlidir”.

Ekspert daha sonra sözlərinə bunu da əlavə edir ki, tənzimləyici orqanlar bankların manipuliyasaya (yönləndirməyə -red.) yönəlik hərəkətlərini görərsə və bu faktlar məhkəmədə sübuta yetirilərsə, həmin banklara cərimə və sankisiyalar tətbiq oluna bilər.

Rəsmi göstərişlərlə tənzimlənmə?

C.İbrahimlinin fikrincə, banklar hər bir halda bazar iqtisadiyyatı prinsiplərini əsas götürməlidir:

“Bankı yönəldənlər bütün məsələlərdə sərbəst qərar ala bilərlər. Rəsmi göstərişlərlə valyuta məzənnəsinin, alqı-satqı əməliyyatlarının uzunmüddətli tənzimlənməsi inandırıcı görünmür”.

Buna da bax: Britaniyada siyasi böhran böyüyür

Britaniyada siyasi böhran böyüyür
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

XS
SM
MD
LG