Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:35

Trump Azərbaycandakı layihələrə son qoyur


İlham Əliyev və Donald Trump
İlham Əliyev və Donald Trump

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump-ın təşkilatı – «Trump Organization» Azərbaycan və Braziliyada lisenziyalı layihələrlə bağlı razılaşmalara son qoyulduğunu elan edib. Bu isə prezidentin inauqurasiyasından öncə maraqların toqquşması riski sarıdan əndişələri səngitmək istəyindən xəbər verir. «Bloomberg» agentliyi belə yazır.

«Trump Organization»ın vitse-prezidenti və baş müşaviri Alan Garten deyib ki, təşkilat hazırda müxtəlif layihələrin gələcək perspektivlərini qiymətləndirməklə məşğuldur və bu addımlar təmizləmə xarakteri daşıyır.

D.Trump özü dünən – dekabrın 15-də mətbuat konfransı keçirərək biznesdən tamamilə uzaqlaşacağını elan etməliydi. Amma sonra bu tədbirin yanvara saxlandığını dedilər.

TİKİNTİ FEVRALDA BİTƏ BİLƏR

«Bloomberg» yazır ki, D.Trump-ın 20-dən çox ölkədə mülkü var və bunların hamısı prezident postunda ona təsir vasitəsi hesab edilə, həmçinin müxtəlif əngəllər yarada bilər. Məsələn, Braziliyada Rio-de-Janeyro çimərlik otelinə investisiyalarla bağlı cinayət işi açılandan sonra D.Trump-ın adı oradan çıxarıldı, yəni otel daha «Trump-hotel» adlandırılmadı.

Azərbaycana gəldikdə, agentlik D.Trump-ın təşkilatına məxsus layihələrin çox az yerdə hökumətlə bu qədər bağlı olduğunu vurğulayır. Bakının hər yerindən görünən 33-mərtəbəli, yelkənəbənzər göydələnin, elə bil, həm də maraqların toqquşması riskinin böyüklüyünü göstərdiyini yazır.

Bakıdakı "Trump Tower"i nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Bakıdakı «Trump qülləsi», hələ ki, istifadəyə verilməyib. «Bloomberg»in D.Trump-ın Bakıdakı şərikinə yaxın rəsmidən aldığı məlumata görə, layihənin 2/3-si başa çatıb və qüllə yaxında hazır olacaq. Amma binanın mühafizə xidməti tikintinin fevralda bitəcəyini deyib.

ÖDƏNİŞLƏR ELTON MƏMMƏDOVUN HESABINDAN EDİLİB

D.Trump-ın maliyyə açıqlamaları onun Bakıdakı layihədən 2014-cü ildən bu yana 3 milyon dollar əldə etdiyini göstərir. Amma bu layihə haqda məlumat onun veb-səhifəsindən çıxarılıb.

«Bloomberg» Azərbaycandakı problemin D.Trump-ın şərikləriylə bağlı olduğunu yazır. Agentliyin məlumatına görə, D.Trump-la razılaşmanı 2012-ci ildə 35 yaşlı sahibkar, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov imzalayıb. A.Məmmədov tikinti, nəqliyyat və telekommunikasiya sahəsində fəaliyyət göstərən 30-dan çox şirkətə malik «Garant Holding»in sahibidir.

Son ödənişlərin isə D.Trump-a Z.Məmmədovun qardaşı, Azərbaycan parlamentinin üzvü olmuş Elton Məmmədovun şirkətindən göndərildiyi müəyyən edilib.

Anar Məmmədov
Anar Məmmədov

TƏHLÜKƏLI LOYALLIQ

«Siyasi rejimlə bağlılığı olan şəriklər loyallığa səbəb olur, bu isə prezidentin xarici siyasətinə, siyasi qərarlarına əngəl ola bilər». Keçmiş prezident George W.Bush-un vaxtında Ağ evdə etik məsələlər üzrə vəkil kimi çalışmış Richard Painter belə hesab edir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich isə deyir ki, Azərbaycan hökuməti binanın tikintisinə vəsait ayırmaqla, hətta bina istifadəyə verilməsə belə, D.Trump-ın hesabına pul köçürməklə onun yanında dili uzun olmağa çalışar: «Azərbaycan hökuməti bu biznesdən irəli getməkdən ötrü yararlana bilər, hətta Azərbaycanla ABŞ-ın yaxınlığını göstərmək üçün yeni və daha böyük layihə əldə etmək istəyər. Yəni, onlar bu maliyyə zəncirindən D.Trump administrasiyasına təsir vasitəsi kimi faydalana bilərlər».

«Bloomberg»in bu məsələylə bağlı suallarına, elektron məktublarına, sosial media vasitəsilə göndərdiyi ismarışlara nə A.Məmmədov, nə də E.Məmmədov cavab verib.

Rex Tillerson
Rex Tillerson

NEFT VƏ SİYASƏT

«Bloomberg» yazır ki, dövlət katibi «Exxon Mobil»ın icraçı direktoru Rex Tillerson olandan sonra neft ABŞ-ın xarici siyasətində əhəmiyyətli rol oynayacaq. Agentlik «Exxon Mobil»in Azərbaycanın Dövlət Neft Şirkətiylə qlobal neft istehsalçılarının birgə konsorsiumunda 8%-lik paya sahib olduğunu, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Xəzər neftini Aralıq dənizinə daşıyan əsas marşrut kimi qaldığını qeyd edir.

ABŞ-ın Azərbaycandakı digər keçmiş səfiri Matthew Bryza «Bloomberg»ə müsahibəsində deyib ki, Rusiyanın Azərbaycan qazıyla bağlı layihələrə əngəl olmağa çalışması, D.Trump-ın isə Rusiyayla yaxınlaşacağını vəd etməsi Bakının narahatlığına səbəb olub. Təbii qazı Avropaya nəql etməyə çalışan Azərbaycan D.Trump-ın dəstəyini qazanmağa çalışır.

«Bloomberg» Anar Məmmədovun öz qrupu – Azərbaycan-Amerika Alyansı vasitəsilə ABŞ-da lobbiçiliyə 12.8 milyon dollar xərclədiyini, ABŞ Konqresinin 50-dən çox üzvüylə görüşlər təşkil etdiyini xatırladır. Eyni zamanda ABŞ Dövlət Departamentinin Azərbaycanda elitanın dövlətlə əlaqələrdən yararlanmasından narahatlığını ifadə etdiyini vurğulayır.

XS
SM
MD
LG