Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:32

ABŞ kəşfiyyatı: Duqinanın ölümünün arxasında ukraynalılar dayanır


Aleksandr Duqin
Aleksandr Duqin

Rusiyada ultramillətçi filosof Duqin Rusiyanın Ukraynadakı müharibəsinin qızğın tərəfdarı kimi çıxış edib

ABŞ kəşfiyyatı inanır ki, Kremlə bağlı ifrat sağçı Aleksandr Duqinin qızının ölümünün arxasında Ukrayna hökuməti daxilindəki elementlər dayanır. Bu haqda ABŞ mediası oktyabrın 5-də yazıb.

Vaşinqtonla məsləhət edilsəydi...

Duqina idarə etdiyi avtomobilin partladılması nəticəsində həlak olub. Birləşmiş Ştatların bu hücumda əli, plandan öncədən xəbəri olmayıb, məsləhət edilsəydi bu qətlə qarşı çıxardı, adı açıqlanmayan mənbələr belə deyiblər.

Avqustun 20-də Moskvada törədilmiş hadisəylə bağlı ABŞ kəşfiyyatının dəyərləndirməsi haqda ilk dəfə “The New York Times” yazıb.

Ancaq qətlə konkret kim göstəriş verib, yaxud Prezident Volodimir Zelenskinin plandan xəbəri olubmu – bu məsələlər aydın deyil.

Ermənistan qaçqınları: 'Prezident desə, qayıdarıq'
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Podolyak yenə təkzib edir

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) də hadisədən bir neçə gün sonra Ukrayna gizli xidmətini ittiham etmişdi.

Ancaq Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak Kiyevin sui-qəsdin arxasında durmasını təkzib etmişdi.

ABŞ kəşfiyyatının dəyərləndirməsinə münasibət bildirən Podolyak yenə həmin təkzibi dilə gətirib. Onun sözlərinə görə, müharibə vaxtı hər hansı ölkədə qətl praktik əhəmiyyət daşımalıdır. “Spesifik, taktiki, yaxud strateji məqsədi olmalıdır. Duqina kimi birisi Ukrayna üçün taktiki, yaxud strateji hədəf deyil”, – o deyib.

Əsas hədəf Duqin olub

Ukraynadan başqa rəsmi açıqlama olmayıb. ABŞ-ın kəşfiyyat agentlikləri də məsələni şərh etməyib.

ABŞ həmin hadisədən sonra istənilən yerdə mülki şəxslərin qəsdən hədəfə alınmasını pisləmişdi.

Bu ölkənin kəşfiyyat rəsmiləri inanırlar ki, partlayışın əsas hədəfi Duqinanın atası olub, o həmin gecə avtomobilə minməyib.

Zelenski: Ukrayna ordusu sürətlə irəliləyir
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Rusiyada ultramillətçi filosof Duqin Rusiyanın Ukraynadakı müharibəsinin qızğın tərəfdarı kimi çıxış edib.

Ukrayna hökuməti indiyədək Rusiya qüvvələrinin işğal etdiyi ərazilərdə Moskvanın təyin etdiyi məmurları öldürdüyünü təkzib etməyib.

XS
SM
MD
LG