Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:28

Ərdoğan: Rusiya 2025-ci ildə Qarabağı tərk edəcək


Azərbaycan Qarabağ ermənilərinə Ağdam yolunu təklif edir: Xankəndidən reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Azərbaycan Qarabağ ermənilərinə Ağdam yolunu təklif edir: Xankəndidən reaksiyalar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Azərbaycandan çıxacağını deyir. Bunu o, iyulun 12-də Vilnüsdə NATO sammitinin sonunda mətbuat konfransında azərbaycanlı jurnalistin sualına cavabında bildirib.

“Anlaşma Rusiya əsgərinin 2025-ci ilə qədər bu yerlərdə qalmasını nəzərdə tutur. 2025-ci ildə Rusiya buraları tərk edəcək. Anlaşma bu istiqamətdədir. Mən də Rusiyanın bu anlaşmaya sadiq qalacağına inanıram. Dəyərli qardaşım İlham Əliyev də bunu yaxından izləyir”, – Ərdoğan deyib.

Bu bəyanata Rusiya hələlik, münasibət açıqlamayıb.

Üçtərəfli bəyanat

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttinə beş il mddətinə Rusiya sülhməramlıları yerləşdirilib.

Bəyanatda deyilir ki, bu müddətin bitməsinə altı ay qalmış tərəflərin etirazı olmasa, müddət daha beş il uzadıla bilər. Bakı dəfələrlə bildirib ki, Qarabağ Azərbaycan ərazisidir və Rusiya hərbçiləri oraya müvəqqəti yerləşdirilib.

Rəsmi Bakı sülhməramlı kontingentin fəaliyyətindən dəfələrlə narazılıq dilə gətirib, bu kontintengin müşayiətilə Qarabağa hərbi daşımaların həyata keçirildiyini, bununla da üçtərəfli bəyanatın kobud şəkildə pozulduğunu bildirib.

Ermənistan isə bu bəyanatları təkzib edib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG