Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:26

Ermənistan əhalisi ilk dəfə olaraq 3 milyon nəfərdən az olub


Yerevan küçələrindən birində
Yerevan küçələrindən birində

Ötən ilin oktyabrında keçirilmiş əhalinin siyahıya alınması Ermənistanda əhalinin 3 milyondan az olduğunu göstərib.

Bu, 2011-ci ildə, bundan əvvəlki siyahıyaalma zamanı alınmış göstəricidən 90 min nəfər azdır.

Oktyabr siyahıyaalmasının göstərdiyi 2,928,914 rəqəminə bir ilədək müddətdə ölkədə olmayanlar da daxil edilib.

Bundan başqa 2011-ci ilin siyahıyaalması zamanı fiziki olaraq Ermənistanda olan əhalinin sayı indikindən 233 min nəfər artıq idi.

Beləliklə, Ermənistan 1991-ci ildə müstəqil olandan bəri onun əhalisi ilk dəfə olaraq 3 milyondan aşağı düşüb.

Ermənistan statistika idarəsinin məlumatına görə müstəqillik illərində ölkə əhalisinin azalması tendensiyası davam edib.

Ötən ilin oktyabrında aparılmış siyahıyaalma müstəqil Ermənistanın tarixində sayca üçüncüdür.

“Fəlakətli vəziyyət”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunlar ilkin göstəricilərdir və demoqraflar hələ əhali dinamikasının dərin təhlilini başa çatdırmayıblar.

Lakin ekspertlər artıq indidən yaranmış vəziyyəti “fəlakətli” adlandırırlar.

Tarix elmləri namizədi, etnoqraf Artaşes Boyaçıyan son iki siyahıyaalmada iştirak edib.

O bildirir ki, əvvəllər Ermənistan əhalisinin azalmasının əsas səbəbi mühacirət idisə, son illərdə buna təbii artımın azalması da əlavə olunub:

“2018-ci ildən sonra Ermənistan Respublikasının bir sıra vilayətlərində, məsələn Loridə əhalinin təbii artımında ilk dəfə olaraq mənfi göstərici alınmışdı. Yəni ölüm sayı, doğumların sayını üstələyirdi. 2020-ci ildə Şirakda və bir sıra başqa vilayətlərdə də eyni hal qeydə alınmışdı”.

Laçındakı yeni sərhəd məntəqəsindən keçən erməni sakinlər danışdı
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

5 milyon hədəfi realdırmı?

Bundan əvvəlki və indiki hökumət Ermənistan əhalisinin azalma dinamikası ilə bağlı müxtəlif tədbirlər görməyə çalışıblar.

Dörd il bundan əvvəl baş nazir Nikol Paşinyan 2050-ci ildək əhalinin 5 milyona çatdırılması strategiyasını elan etmişdi.

Boyaçıyan deyir ki, belə yüksək məqsədlər elan etməsinə baxmayaraq dövlət ciddi demoqrafik siyasət aparmır:

“Ayrı-ayrı vaxtlarda əhali artımının stimullaşdırılması üçün müəyyən tədbirlər görülsə də, bunlar keyfiyyət və kəmiyyət effekti vermir”.

XS
SM
MD
LG