Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:42

Bu, separatizmi boğmaqdı, yoxsa vicdan azadlığını?


Nardaran, 27 noyabr
Nardaran, 27 noyabr

►"Dini etiqad azadlığı haqqında" qanun yenidən sərtləşdirilə bilər

Hər halda Nardaran hadisələri fonunda hakimiyyət təmsilçilərindən belə mövqelər eşidilir.

Belə bir mövqeyi bu günlər dövlət televiziyası ilə çıxışında parlamentdə yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da səsləndirib.

Nardaran hadisələrindən danışan komitə sədri deyib ki, əgər hansısa dini icma dinə yox, separatizmə, ayrı-ayrı xarici dövlətlərin kəşfiyyatına xidmət edərsə, bunların qarşısının alınması üçün müvafiq qanunlarda müddəalar sərtləşdirilməlidir.

23 ildə 71 dəyişiklik...

"Dini etiqad azadligi haqqinda" qanun 1992-ci il avqustun 20-də qəbul edilib.

Indiyə qədər həmin qanuna 71 dəyişiklik edilib .Dəyişikliklərin bir xeyli hissəsi texniki xarakterli olsa da, mühüm, vacib dəyişikliklər də var.

Məsələn, 2011-ci il iyunun 10-da qanunun 7-ci maddəsinə xeyli mübahisələrə səbəb olan dəyişiklik edildi. Həmin dəyişikliyə görə, ölkədə fəaliyyət göstərən müsəlman dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim etməlidirlər.

Yalçın İmanov
Yalçın İmanov

Hüquqşünas Yalçın İmanov deyir ki, bununla da bütün müsəlman dini icmalar Qafqaz Müsəlmanları İdarəsinə tabe edildi. Nəticədə müsəlman dini icmaların bərabərlik hüququ pozuldu.

Bütün müsəlman dini icmalar Qafqaz Müsəlmanları İdarəsinə tabe edildi. Nəticədə müsəlman dini icmaların bərabərlik hüququ pozuldu.

Üstəlik həmin tarixdə edilən başqa bir dəyişikliklə dini icmaların qeydiyyatı çətinləşdirildi. Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmağa 10 deyil, artıq azi 50 nəfər yetkinlik yaşına çatmış şəxs tələb edildi.

İkiqat tabeçilik...

Tabeçiliklə bağlı bu qanuna edilən basqa dəyişikliklərə baxaq.

2015-ci il oktyabrın 6-da qanunun 29-cu maddəsinə də dəyişiklik edilib. Bu dəyişikliyə görə isə, Dini Komitə dini qurumlardan dini fəaliyyətə və maliyyə işlərinə dair hesabatlar alır.

Yalçın İmanovun fikrincə, bu dəyişiklik dini qurumlari bilavasitə Komitədən asılı vəziyyətə gətirib çıxardı.

Bu dəyişiklikdən düz 6 ay əvvəl isə, qanunun 12-1-ci maddəsi də dəyişdirilmişdi. Burda isə qeyd edilir ki, dövlət qeydiyyatına alınma üçün tələb olunan sənədlərə dəyişikliklər barədə məlumatların çatdırılmasında müvafiq icra hakimiyyəti orqanının bir il ərzində iki yazılı tələbinə əməl olunmazsa, dini qurum ləğv edilə bilər.

Yalçın İmanov deyir ki, bununla Dini Komitəyə dini qurum uzərində tamamilə onun taleyini həll edəcək, ləğv edəcək səlahiyyət verilmişdi. (Ardı aşağıda)

Bakı sakinləri "Nardaran əməliyyarı" haqda nə düşünür? (Video)

Böyük məbləğli cərimə və həbslər...

2013-cu il fevralın 22-də qanunun 22-ci maddəsinə də dəyişiklik edildi.
Həmin maddədə dini ədəbiyyatın, audio, video materialların istehsalından, idxal və ixracından söhbət gedir.

Maddənin yeni redaktəsinə əsasən, bütün bunlar müvafiq icra hakimiyyəti orqanlarının razılığı əsasında həyata keçirilə bilər.

Bu razılıq olmadıqda isə dini təyinatlı ədəbiyyat, mal və məmulatlarının istehsalı, idxalı, yayılması cinayət məsuliyyəti yaradir.

Altay Göyüşov
Altay Göyüşov

Hüquqşünas Yalçın İmanov misal çəkir:

Hökumət istəyir ki, din azadlığının görüntüsü olsun, amma reallıqda tam nəzarətində olan, manipulyasiya edə bildiyi bir dini cameə yaradılsın.

“Əgər Həcc ziyarətinə gedən şəxs oradan hansısa dini təyinatlı mal və ya məmulat gətirirsə, avtomatik olaraq cinayət məsuliyyəti daşıyır. Yaxud Kərbəla ziyarətinə gedən şəxs oradan, deyək ki, bir möhür gətirirsə, cinayət təqibi altındadır. Həmin məsuliyyət isə AR CM-nin 167-2-ci maddəsində təsbit edildi. Ümumilikdə, bu məsələlərə görə, beş min manatdan yeddi min manatadək cərimə və ya iki ilədək həbs nəzərdə tutulur."

Başqa sahələrdə də eyni vəziyyətdir...

Bütün bu baş verənləri şərh edən tarixçi Altay Göyüşov da deyir ki, hökumət ölkədə bütün dini fəaliyyəti öz nəzarətinə götürmək istəyir və nəticədə dini azadlıqları boğur:

“Tutaq ki, eyni vəziyyət qeyri-hökumət təşkilatları ilə də baş verir. Vətəndaş cəmiyyəti məhv edilir, yerinə GoNGO-lar (hökumətdən asılı QHT-lər - red.) yaradılır. Müstəqil mətbuat məhv edilir, yerinə olliqarxların pulları ilə səhərdən axşama kimi dezinformasiya yayan çoxlu keyfiyyətsiz saytlar yaradılır. Hökumət istəyir ki, din azadlığının görüntüsü olsun, amma reallıqda tam nəzarətində olan, manipulyasiya edə bildiyi bir dini cameə yaradılsın.”

XS
SM
MD
LG