Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:51

ABŞ-ın Mərkəzi Bankından dünya iqtisadiyyatına təsir edəcək qərar


Mərkəzi Bankın rəhbəri Janet Yellen
Mərkəzi Bankın rəhbəri Janet Yellen

-

ABŞ-ın Mərkəzi Bankı uçot dərəcəsinin qaldırılması haqda qərar verib.(Washington Post)

Artım 0.25 faiz olsa da və qarşıdakı artımların tədrici olacağı vəd edilsə də, bu trend dünya ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Qərarın mahiyyəti ondan ibarətdir ki, Mərkəzi Bank son 10 ildə, xüsusən də 2008-ci ilin qlobal maliyyə böhranından sonra ABŞ iqtisadiyyatına dəstək üçün uçot dərəcəsini davamlı endirmiş və 0-a yaxın həddə salmışdı.

Məqsəd bankların ondan daha ucuz kredit götürməsinə şərait yaratmaq idi. Bu həmin banklara Mərkəzi Bankdan götürdükləri pulu daha ucuz kredit kimi əhaliyə verməsinə yol açırdı.

Başqa sözlə, Mərkəzi Bank bu yolla iqtisadiyyatı stimullaşdırmaq və əhalinin kredit götürüb əmlak almağa, iş qurmağa davam etməsinə çalışırdı.

Son illər ABŞ iqtisadiyyatında vəziyyət düzəlib, işsizlik 5 faizə düşüb. Bu isə artıq iqtisadiyyata 10 illik dəstək kampaniyasına son qoyulmasına imkan yaradıb.

Bu qərar dolların bahalaşmasına gətirib çıxara bilər. Öz növbəsində dünya valyutası olan dolların bahalaşması başqa ölkələrin iqtisadiyyatına təsir edə bilər. Onların milli valyutası dollara nisbətən qiymətdən düşə bilər. Dollarla borc götürmüş ölkələr həmin borcun faizini qaytaranda daha çox xərcə düşə bilərlər. Dolların bahalaşması həm də neftin qiymətinin daha da enməsinə yol aça bilər.

XS
SM
MD
LG