Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Fermer texnikasına 40 faiz güzəşt var, amma gərək...


►“Aqrolizinq” ASC 1660 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alır

“Aqrolizinq” ASC traktora asılan və qoşulan 1660 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alır. Söhbət fermerlərə satmaq üçün nəzərdə tutulan 40-dan çox adda texnikadan gedir.

Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini Aydın Əzizov AzadlıqRadiosuna deyib ki, sadalanan texnikanın satın alınmasına bu il, azı, 5 milyon manat xərcləmək nəzərdə tutulur.

Bu məbləğ “Aqrolizinq” ASC-nin əvvəlki illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikasının illik ödəmələri hesabına əldə olunacaq.

60 günə təhvil veriləcək Hazırda tender proseduruna başlanıb. Şərtlərə görə, tələb olunan texnika qalib şirkətlə müqavilə bağlanandan sonra 60 gün ərzində təhvil verilməlidir.

Ötən il “Aqrolizinq” ASC-nin xəti ilə ölkəyə traktora qoşulan, əsasən, Türkiyə və İtaliyadan, eləcə də Almaniyadan 1639 ədəd kənd təsərrüfatı texnikası alınıb gətirilmişdi.

Aydın Əzizov onu da bildirib ki, alınan texnikadan 227 ədəd üçün “CNN Caucasia LLC” şirkətinə 2 milyon 170 min manat, 1309 ədəd üçün “Neo Com Sales”şirkətinə 4 milyon 771 min manat, 103 ədəd üçün “Venlex ltd.” şirkətinə isə 298 min manat ödənilib.

İlkin dəyərin 20 faizini ödəyənə güzəşt olacaq

Hazırda “Aqrolizinq” traktora qoşulan bir neçə adda texnika təklif edir. Məsələn, İtaliya istehsalı olan “Orietta” markalı 6 cərgəli tərəvəz toxumu səpən 13 min 260 manata təklif olunur. Türkiyə istehsalı olan taxılsəpən 16 min 570 manata satılır.

Nazirlər Kabinetinin 2014-cü ilin avqustunda təsdiqlədiyi qaydalara görə, “Aqrolizinq” ASC-nin aldığı və lizinq yolu ilə satdığı texnikaya tətbiq edilən güzəştlər artırılıb. Qaydalara əsasən, kənd təsərrüfatı məhsulları istehsalçıları “Aqrolizinq” ASC-dən lizinqə götürdüyü və satın aldığı özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizini ödədikdə, onlara dövlət büdcəsinin vəsaiti hesabına ilkin dəyərin 40 faizi həcmində güzəşt tətbiq edilir. Bu qərar 5 il qüvvədə olacaq.

Buna da bax: Misir təyyarəsini qaçıran həbs olundu

Misir təyyarəsini qaçıran həbs olundu
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

XS
SM
MD
LG