Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:53

Rusiya qazı 48 saata kəsəcəyi barədə Moldovaya xəbərdarlıq edib


Xəbərdarlıqda deyilir ki, əgər Kişinyov milyonlarla dollarlııq borcunu ödəməzsə, Moldovaya qaz verilməsi 48 saatdan sonra dayandırılacaq

Rusiyanın dövlət Gazprom şirkəti noyabrın 22-də Moldovaya xəbərdarlıq edib ki, əgər Kişinyov milyonlarla dollarlııq borcunu ödəməzsə, bu ölkəyə qaz verilməsini 48 saatdan sonra dayandıracaq.

Ötən ay Kişinyov Gazpromla müqaviləsinin vaxtı başa çatdıqdan sonra başqa ölkəlrədən qaz almağa başlamışdı.

Gazpromla Moldova arasında müqavilə ötən sentyabrda başa çatmış və iki tərəf yeni uzunmüddətli qaz kontraktı barədə razılığa gələ bilməmişdi.

Lakin oktyabrın 28-də Moldova hökuməti və Gazprom razılığa gəldiklərini bildirmişdilər.

Onlar bildirirdilər yeni beşillik müqavilədə Moldova tərəfinin təklifi əsas götürülüb.

Amma noyabrın 22-də Gazpromun sözçüsü Sergey Kupryanov şirkətin bəyanatını səsləndirib:

“Hazırkı ödənişlər üçün son müddət noyabrın 22-dir. Şirkətimiz Moldova tərəfinə qaz nəqlinin kontarkta uyğun olaraq 48 saat ərzində dayandırılacağı barədə xəbərdarlıq edib”.

Moldova problemin həll olunacağına ümid edir

Moldovagaz şirkətinin başçısı Vadim Ceban Gazpromdan belə bir bildiriş alındığını təsdiq edib.

O bidlirib ki, Moldovanın Gazproma borcu 1.3 milyard Moldova leyinə (73.5 milyon dollar) çatıb.

“Biz problemi kontrakta uyğun olaraq qoyulmuş son müddətədək həll etmək üçün hökumətlə birgə işləyirik. Ümid edirəm ki, bu problemi həll edə biləcəyik”.

Bəzi müşahidəçilər bildirirlər ki, Moskva qaz təchizatından Avropa İttifaqı üzvü olan Rumıniya ilə Ukrayna arasında yerləşən Moldovaya qarşı siyasi təzyiq aləti kimi istifadə edir.

Moskvanın Moldovaya təzyiqləri rusiyayönlü İqor Dodon prezident seçkisində avropayönlü Maya Sanduya məğlub olduqdan sonra gücləndirib.

Rusiya ittihamları rədd edir və bildirir ki, qaz qiymətlərinin qalxması sırf kommersiya səciyyəsi daşıyır və qlobal bazarlardan asılıdır.

XS
SM
MD
LG