Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Deputat: '2017-ci il ağır ildir. 2018-də...' [proqnozlar]


"Ümid". Şerif. Karikatura
"Ümid". Şerif. Karikatura

Dünya Bankının «Avropa və Orta Asiyada Miqrasiya və Çeviklik» adlı hesabatının müəlliflərinə görə, Azərbaycanın bu il də iqtisadi geriləmədən çıxa bilməyəcəyi proqnozlaşdırılır. Proqnoza görə, bu il Azərbaycan iqtisadiyyatı neftin bahalanmasına baxmayaraq, 1.4 faiz azalacaq.

Deputat: “Mənim proqnozlarıma görə, geriləmə olmamalıdır”

Bu haqda AzadlıqRadiosu-na danışan deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “iqtisadi geriləmə” haqda deyilənləri qəbul etmir.

Buna da bax:​ Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

“Mənim proqnozlarıma görə, 2017-ci ildə ümumiyyətlə, geriləmə olmamalıdır. Amma doğrudur, bu il ciddi artım da gözlənilmir. Yəni 2016-cı il səviyyəsində ümumdaxili məhsulda problem olmamalıdır”, – deputat durumu bu cür izah edir.

Vahid Əhmədov
Vahid Əhmədov

Ancaq Vahid Əhmədov da etiraf edir ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün “ağır ildir, islahatların başlandığı ildir”. “Və burda risk həddən artıq çoxdur. Bunun bəhrəsini 2018-2019-cu illərdə görmək mümkün olacaq”, – deyə Vahid Əhmədov əlavə edir.

Vahid Əhmədov: “Mənim proqnozlarıma görə, geriləmə olmamalıdır”
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
Direct-ə keçid

“Bununla hansı sahibkar pul qazana, sonra da kreditləri qaytara bilər?”

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

İqtisadçı Nemət Əliyev deyir ki, nəinki Dünya Bankının, başqa beynəlxalq qurumların, eləcə də yerli mütəxəssislərin verdikləri proqnoz özünü doğrultmadadır, “hakimiyyət fərqli fikir söyləsə də, Azərbaycan iqtisadiyyatı hələ də geriləməkdədir”. İqtisadçı bu duruma təəssüflənir və yaranan fikir ayrılığını hakimiyyətin “gerçəkləri görə bilməməsi” ilə izah edir.

Nemət Əliyev
Nemət Əliyev

Nemət Əliyev iqtisadi geriləmənin qarşısını almaq üçün atılmalı addımları da sadalayır. İqtisadçının qənaətincə, ölkədə investisiya axınını stimullaşdıran tədbirlər görülməli, real islahatların önünü açmaq, korrupsiyanın, rüşvətxorluğun kökünü kəsmək, normal məhkəmə-hüquq sistemi yaratmaq, eyni zamanda, sahibkarlara basqını yığışdırmaq lazımdır.

Buna da bax:​ Acla toxun dialoqu [karikatura]

“Sahibkarlar uzun illərdir vergi və gömrük orqanları tərəfindən sıxışdırılır, baxmayaraq ki, arada bu sıxışdırmaların dayandırılması haqda fikirlər səsləndirirlər. Mərkəzi Bankın pul-kredit siyasəti yanlışdır, onu kökündən dəyişdirmək lazımdır. İndiki pul-kredit siyasəti ölkədə iqtisadi fəallığa, sahibkarların əl-ayaq açmasına imkan vermir. Təsəvvür edin, 26-35 faizlə kredit təklif edirlər. Bununla hansı sahibkar pul qazana, sonra da kreditləri qaytara bilər?”, – söyləyən Nemət Əliyevin sözlərinə görə, Azərbaycanda kredit qoyuluşu bir ildə 4 milyard manatdan çox azalıb, bununla da iqtisadi fəallıq kəskin şəkildə aşağı düşüb.

Nemət Əliyev: “Hakimiyyət fərqli fikir söyləsə də, Azərbaycan iqtisadiyyatı hələ də geriləməkdədir”
Gözlə

No media source currently available

0:00 0:06:49 0:00
Direct-ə keçid

Deputat iqtisadçı ilə razılaşır: “Ona görə də bu islahatları müəyyən qədər ləngidir”

Buna da bax:​ Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'

Deputat Vahid Əhmədov Nemət Əliyevin dediklərinin bir qismiylə razılaşdığını, problemlərin olduğunu bildirir: “Razıyam ki, əsaslı kredit qoyuluşunda müəyyən problemlər var. Pul kütləsinə nəzarət mexanizmi gücləndirilib. Bu addım manatı qoruyub saxlamaq üçün atılır. Buna görə də, qeyri-neft sektoruna yüksək vəsait qoyulmur. Məsəl üçün bu il real sektora 2,5 milyard manatdan artıq vəsait qoymalıyıq. Bu da çox azdır, – düzdür, gələn ilin büdcəsində əsaslı vəsait qoyuluşları daha çoxdur – 5 milyard manata yaxındır, mənim bildiyim qədər belədir, - ona görə də, bu, müəyyən qədər islahatları ləngidir”.

Bununla belə, deputat prezidentin “Yol xəritəsi” imzaladığını xatırladır. “İslahatların əsasını da o xəritə təşkil edir, 11 sahə üzrə islahat aparılır. Müəyyən sahələrdə ləngimələr olsa da, müəyyən sahələrdə irəliləmələr var. İslahatlar gedir”, – Vahid Əhmədov qeyd edir.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

“2018-ci ildən durum dəyişəcək”: tənəzzül, ya inkişaf baş verəcək?

Dünya Bankının hesabatına görə, 2018-ci ildən başlayaraq Azərbaycanda iqtisadiyyat genişlənəcək, «Şahdəniz» qaz yatağında hasilat başlayacaq deyə, neft ÜDM-sinin sürətlənməsi də iqtisadiyyatı dəstəkləyəcək. Qeyri-neft istehsalı isə yavaş tempdə gedəcək, səbəb də məhdud kredit qoyuluşu və zəif biznes mühitidir.

“Doğrusu, “Kontraktlar işə düşəcək, neft çıxarılacaq, qaz çıxarılacaq” kimi gəlişigözəl sözlərə aldanıb ölkə iqtisadiyyatının gələn ildən düzələcəyi haqda nikbin fikirlərə qapılmağın tərəfdarı deyiləm. Düzələcəyini də düşünmürəm”, – Nemət Əliyev Dünya Bankının proqnozuna bu cür qiymət verir “Protokollar işə düşə də bilər, düşməyə də. Hələ quyuları qazacaqlar, qaz çıxacaq, çıxmayacaq, bilmək olmur. Amma nəticə çıxarmağa yetərincə əsas var. Ölkə iqtisadiyyatı qazdan-neftdən asılı vəziyyətə düşəndə hansı fəsadlar yaranır, artıq bunu bilirik. İkicə ilə ölkənin gəliri 75 milyard dollardan 37 milyarda düşdü, bundan hökumət dərs çıxarmalıdır, qeyri-neft sektoru inkişaf etdirilməlidir”.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

İqtisadçının fikrincə, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi barədə hakimiyyətin söylədikləri elə söz olaraq qalır. O düşünür ki, hakimiyyətin yeritdiyi siyasət bu şəkildə davam edəcəksə vəziyyət gələn il düzəlmək yerinə bir az da pisləşəcək, “tənəzzül dərinləşəcək”.

Deputat Vahid Əhmədovsa əmindir ki, 2018-ci ildən ölkə iqtisadiyyatında durum dəyişəcək.

“Qeyri-neft sektorunda işlər görülür, sənaye məhəllələri, sənaye parkları istifadəyə verilir, o cümlədən kənd təsərrüfatına əlavə vəsait qoyulur və sairə. Bütün bunlar 2018-ci ildən ÜDM-də artım yarada bilər”, – deputat deyir.

Bir neçə il öncə neftin qiymətinin aşağı düşməsi ilə neftdən asılı Azərbaycan iqtisadiyyatı geriləməyə başladı, manat iki dəfə devalvasiyaya məruz qaldı.

XS
SM
MD
LG