Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

The Guardian: Azərbaycanın COP29 təşkilat komitəsi yalnız kişilərdən ibarətdir


The Guardian qəzeti yazır ki, bu ilin dekabrında Bakıda keçiriləcək COP29 BMT iqlim konfransının təşkilat komitəsinin heyətinə bir qadın da daxil edilməyib.

Qəzet qeyd edir ki, “She Changes Climate” kampaniyasının fikrincə belə heyəti konfrans üçün “geriləmə” hesab etmək olar.

Bu kampaniya bəyan edib ki, “iqlim dəyişikliyi dünyanın yarısını yox, hamısını təsirləndirir”.

Müqayisə üçün bu da qeyd edilir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən ay keçirilmiş COP28 sammitində təşkilat komitəsinin 63 faizi qadınlar olub.

Qəzet yazır ki, 28 kişidən ibarət təşkilat komitəsinə Dövlət Təhlükəsizlik Xidmətinin başçısı da daxil nazirlər və ya rəsmilər salınıb.

Neft ölkəsində iqlim konfransı

The Guardian xatırladır ki, iki il dalbadal olaraq BMT-nin ən mühüm iqlim danışıqlarının ev sahibi - iqtisadiyyatı qazıntı yanacağına əsaslanan neft ölkəsi olacaq. Bu da qeyd olunur ki, Bakıda keçirləcək konfarnsa Azərbaycanın ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayev sədrlik edəcək.

Məqalədə vurğulanır ki, Babayev bundan əvvəl Azərbaycanın dövlət neft şirkəti – SOCAR-da çalışıb.

Qəzet yazır ki, Azərbaycan qarşıdan gələn 10 ildə qazıntı yanacağı istehsalını 30 faizədək artırmağı planlaşdırır.

Alimlərin firkincə iqlim dəyişikliyinin ən pis təsirlərinin azaldılması üçün qazıntı yanacağı yandırılmasının ixtisarı həyati əhəmiyyətə malikdir.

Qəzet xatırladır ki, COP28-ə sədrlik edən Sultan əl-Caber də BƏƏ-nin dövlət neft şirkəti Adnoc-un prezidentidir.

Bakı üçün sonu aydın olmayan plan: Hökumətin #əslində gücü yetəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:14:00 0:00

Sultan əl-Caberlə Meri Robinsonun mübahisəsi

İqlim konfransına məhz neft şirkəti rəhbərinin sədrlik etməsi bir çox şərhçilər tərəfindən tənqid edilmişdi.

The Guardian habelə xatırladır ki, Əl-Caber The Elders insan haqları qrupunun sədri Meri Robinsonun tənqidlərinə acıqlı reaksiya vermişdi.

O demişdi ki, qlobal istiləşmənin qarşısının alınması üçün qazıntı yanacağının azaldılmasına ehtiyac olduğuna dair heç bir “elmi sübut” yoxdur.

Buna baxmayaraq COP28 sammitində ilk dəfə olaraq qazıntı yanacağı iqlim böhranının səbəbi kimi yekun sənədin mətninə daxil edilib.

Konfransdan sonra Sultan əl-Caber deyib ki, o öz şirkətinin neft və qaz hasilatını bundan sonra da genişləndirmək niyyətindədir.

XS
SM
MD
LG