Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:55

İnternetdə saxta adla böhtan atanın cəzası nə olacaq? [video]


Facebookla bağlı cəzalar sərtləşdirilir
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Facebookla bağlı cəzalar sərtləşdirilir [A-Live]

İnternetdə saxta adla böhtan atanın, təhqir edənin cəriməsinin yuxarı həddi 500 manat da artıb, 2 min manata qaldırıla bilər. “Trend” agentliyinin məlumatına görə, Cinayət Məcəlləsinə edilən təklifdə belə deyilir.

Saxta adla böhtan atan və təhqir edənlərə qarşı cəzalar məcəlləyə keçən ilin noyabrında salınıb. Cərimədən başqa cəzalar bunlardır: 408 saata qədər ictimai iş, iki ilə qədər islah işi və bir ilə qədər həbs. Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, ənənəvi mediada böhtana və təhqirə görə həbs və cərimə Cinayət Məcəlləsində indiyə qədər də var idi. Bu isə Avropa Konvensiyasına ziddir və üzv ölkə olaraq, Azərbaycan bunu dəyişməlidir.

Buna da bax:​ İnternetdə saxta ad və hesablara görə cəza gəlir

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Azərbaycan da söz vermişdi ki, biz moratorium qoymuşuq, tətbiq etmirik və 2011-ci ildə defamasiya haqqında qanun qəbul edəcəyik. Milli Fəaliyyət proqramına saldı ki, defamasiya haqqında qanun qəbul edilsin. Amma qanun qəbul edilmədi və hətta unuduldu. Hökumət hətta bu maddə ilə bloqqer Mehman Hüseynovu həbs elədi. Göründü ki, moratorium real deyil və həm də defamasiya haqqında qanunun tətbiqindən imtina etdiyini öz hərəkətləri ilə açıq göstərmiş oldu”.

Ələsgər Məmmədli deyir ki, saxta profillərin olması vəziyyəti daha da qəlizləşdirir. Belə ki, indiyə qədər hansısa şəxs böhtan və təhqirə görə məhkəməyə müraciət edirdisə, indiki halda prokurorluq saxta profildən yazılan anonim şərh əsasında, heç bir şikayət olmasa belə, cinayət işi başlaya bilər. Keçən ay Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov Milli Məclisdəki çıxışında hətta təklif etmişdi ki, Facebook-da şərh yazmaq üçün pasportla qeydiyyat tətbiq olunsun.

Buna da bax: Saxta profili kim və necə müəyyənləşdirəcək?

Biz Bakı sakinlərinin də fikrini soruşmuşuq, adamlar niyə saxta profillərdən istifadə edirlər.

Facebook-da niyə saxta profil açılır?
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, o, 27 ildir ki, media sahəsindədir və hakimiyyətin təzyiqlərinin getdikcə artdığını müşahidə edir. Onun fikrincə, indi də cərimələrin artırılmasının siyasi səbəbi var:

“Hakimiyyət internet mediaya təzyiq etməyə çalışır, istəyir ki, tənqidi məlumatlar getməsin. Ona görə də açıq informasiya məkanına təzyiqlər edir”.

Mərkəzi Asiya və Cənubi Qafqaz İfadə Azadlığı Şəbəkəsinin direktoru Azər Həsrət isə deyilənlərlə razılaşmır, deyir ki, internetdə böhran təhqir və böhtan o həddə çatıb ki, qaçılmaz olub.

Buna da bax:​ Siyavuş Novruzov: Şərh yazmaq üçün şəxsiyyət vəsiqəni göstər!

Azerbaijan – Journalist Azer Hasrat, Baku, Sep2009
Azerbaijan – Journalist Azer Hasrat, Baku, Sep2009

Bəs hökumət nə bildi ki, belə hallar artıb? Məhkəmə şikayətləri artdımı? Bu suala cavabında Azər Həsrət deyir:

“Azərbaycanda bununla bağlı məhkəmə müraciətləri çox deyil. Bu praktikadan istifadə olunmur. Amma mən özüm də şəbəkə iştirakçısıyam, tez-tez təhqirlərə və böhtanlara məruz qalıram, bilirəm ki, insanlar bundan əziyyət çəkirlər. Adamlar buna çox vaxt ya dözürlər, ya özləri cavab verirlər, ya da polisə müraciət edirlər”.

AzadlıqRadiosu bir müddət əvvəl reportaj hazırlamışdı ki, devalvasiyadan sonra prezident İlham Əliyevin Facebook səhifəsində ona sərt mesajlar yazanların da sayı artıb.

Buna da bax:​ Şəxsiyyət vəsiqəsi ilə qeydiyyat necə olacaq? [reaksiyalar]

Keçən ilin sonunda Cinayət Məcəlləsində edilən dəyişikliyə görə, prezidentin şərəf və ləyaqətini saxta profillə alçaldan və təhqir ədəd 1500 manata qədər cərimə ödəyə, ya da üç ilə qədər həbs cəzası ala bilər.

Bəs böhtan və təhqirin qarşısı necə alınsın? Mehman Əliyev təklif edir ki, müzakirə və maarifləndirmə yolu ilə buna nail olmaq mümkündür.

XS
SM
MD
LG