Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:35

Ərzağın rəsmən 12 faiz bahalaşdığı deyilir


Bazar
Bazar

-

2016-cı ilin yanvar-aprel aylarında istehlak məhsulları və xidmətlər ötən ilin eyni dövrünə nisbətən 10.5 faiz bahalaşıb.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin saytında yerləşdirilib.

Məlumatda qeyd edilir ki, ərzaq məhsullarının qiymətləri 12.2, qeyri-ərzaq məhsullarının qiymətləri 15.2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4.2 faiz artıb.

2016-cı ilin aprelində marta nisbətən istehlak məhsulları və xidmətlərin 0.2 faiz bahalaşdığı bildirilir. Komitə qeyd edir ki, son bir ayda ərzaq məhsullarının qiymətləri 0.1, qeyri-ərzaq məhsullarının qiymətləri 0.5 faiz artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Apreldə
bahalaşıbucuzlaşlıb

Qarabaşaq yarması, toyuq əti, kolbasa məmulatları, yumurta, kərə yağı, zeytun yağı, şəkər, şəkər tozu, limon, naringin, banan, alma, armud, kələm, balqabaq, yerkökü, çuğundur, sarımsaq.

Parçalar, ayaqqabılar, inşaat materialları, xalça və s. döşəmə örtükləri, şüşə məmulatları, yemək qabları, mebel, ev əşyaları.

Makaron məmulatları, balıq məhsulları, qoyun əti, pomidor, xiyar, kartof, soğan, göyərti.

İQTİSADÇI: «QİYMƏTLƏR 40-50 FAİZ QALXIB»

Müstəqil iqtisadçılar isə bu rəqəmlərin özünə şübhə ilə yanaşırlar.

İqtisadçı Nemət Əliyev yada salır ki, ötən il Azərbaycanda iki dəfə devalvasiya olub.
O qeyd edir ki, ötən il fevralın 21-də baş verən birinci devalvasiya elə birinci rübə təsadüf edir. Onda manat dollar qarşısında 30 faizdən çox dəyər itirmişdi.

Nemət Əliyev deyir ki, keçən ilin birinci rübü ilə bu ilin analoji dövrünü müqayisə edəndə, ən az, 40-50 faiz bahalaşma olub.

İqtisadçının fikrincə, rəqəmlərin süni şəkildə azaldılmasında hökumətin ayrıca maraqları var. «Pensiyaların baza hissəsi cəmi 10 faiz artırıldı. Ancaq qiymət artımı 40-50 faiz baş verib. Hökumət qiymət artımını olduğu kimi etiraf etsə, maaş və pensiyaları ciddi şəkildə artırmaq məcburiyyətində qalacaq»,-deyə iqtisadçı qeyd edib.

Hökumət rəsmiləri ötən il Azərbaycanda cəmi 4 faiz inflyasiya olduğunu bildirirdilər.

XS
SM
MD
LG