Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:44

İranda ikili vətəndaşlığı olan keçmiş rəsminin edam cəzası təsdiqlənib


Iran -- Alireza Akbari, former employee of the Ministry of Defense of Iran who has been accused of espionage
Iran -- Alireza Akbari, former employee of the Ministry of Defense of Iran who has been accused of espionage

İranın Ali Məhkəməsi Müdafiə Nazirlyinin keçmiş rəsmisi, ikili Britaniya-İran vətəndaşlığı olan Əlirza Əkbəri barəsində ölüm hökmünü təsdiq edib.

İndi edam cəzasının çox tezliklə həyata keçiriləcəyi gözlənilir.

İranın Kəşfiyyat Nazirliyi yanvarın 11-də bildirib ki, Əkbəri edam cəzasına casusluğuna görə məhkum edilib və o ölkənin ən məxfi materiallarına yol tapa bilmiş “ən mühüm casus” hesab olunur.

Əkbərinin arvadı BBC-nin Fars xidmətinə deyib ki, ona ərinin edam hökmü barədə xəbər verilib və o 2019-cu ildən həbsxanada olan yoldaşı ilə “son görüşə” dəvət olunub.

Qadın habelə deyib ki, əri təkadamlıq kameraya köçürülüb və bu, adətən edama çox az qalanda baş verir.

BBC bunu da bildirir ki, Əkbəridən videomesaj alıb və o bu videoda ona işgəncə verildiyini və təqsirinin beləcə boynuna qoyulduğunu deyib.

Britaniya hökuməti tələb edir

Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, hazırda Əkbərinin dərhal azad edilməsinə nail olmaq Britaniyanın əsas prioritetidir və London məhkuma dərhal konsul çıxışının verilməsini rica edib:

"İran Britaniya-İran vətəndaşı Əlirza Əkbərinin edamını dərhal dayandırmalı və onu dərhal azadlığa buraxmalıdır. Bu, insan həyatına heç bir dəyər verməyən barbar rejimin siyasi motivli hərəkətidir”.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı bildirir ki, ötən il İranda icra edilmiş edamların sayı 500-ü keçib.

Yanvarın 10-da BMT-nin insan haqları komissarı Volker Turk Tehranı, İranda aylardır davam edən etirazların fonunda edamlardan fərqli düşüncəni qorxutmaq üçün “silah” kimi istifadədə ittiham edib.

Sentyabrdan başlanmış etiraz aksiyalarında iştirakları ilə bağlı İranda indiyədək dörd nəfər edam olunub.

Daha bir neçə nəfər barəsində ölüm cəzası hökmləri çıxarılıb.

XS
SM
MD
LG