Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:32

İran üç edam hökmünü ləğv etdi, ikisini saxladı


Etirazçı Məhəmməd Mehdi Kəramiyə çıxarılmış edam hökmünə etiraz bildirən qraffiti
Etirazçı Məhəmməd Mehdi Kəramiyə çıxarılmış edam hökmünə etiraz bildirən qraffiti

İranın Ali Məhkəməsi təhlükəsizlik zabitinin qətlində iştirakda ittiham olunan üç etirazçı barəsində ölüm hökmlərini ləğv edib, amma həmin iş üzrə iki etirazçının edam hökmünü qüvvədə saxlayıb.

Ali Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əmir Haşemi yanvarın 3-də özünün Twitter hesabından yazıb ki, Həmid Qarahəsənlu, Hüseyn MəhəmmədiRza Ariya barəsində hökmlər istintaqın qüsurlu aparılması ilə bağlı ləğv edilib.

Amma məhkəmə həmin iş üzrə müqəssir qismində keçən Mehdi KəramiSeyid Məhəmməd Hüseyni barəsində çıxarılmış edam hökmlərini qüvvədə saxlayıb.

Hakimiyyət orqanları hərbiləşdirilmiş Bəsic qrupu üzvünün antihökumət aksiyası zamanı öldürülməsinə görə 16 etirazçıya qarşı ittiham irəli sürmüşdü.

Bu iş üzrə ittiham olunanların hamısı təqsirsiz olduqlarını deyir.

Bəsic üzvünün öldürülməsi

Bundan əvvəl Bəsic üzvünün ölümü ilə bağlı ümumilikdə 5 etirazçıya ölüm cəzası hökmü çıxarılmış, üç azyaşlı da daxil daha 11 nəfərə isə uzunmüddətli həbsxana cəzaları kəsilmişdi.

Sözü gedən ölüm hadisəsi noyabrın 3-də Əlbürz vilayətinin mərkəzi şəhəri Kərəcdə baş vermişdi.

Orada adamlar etiraz zamanı ölmüş Hədis Nəcəfi adlı etirazçının 40 mərasiminə toplaşmışdılar.

Prokurorlar bildirirlər ki, hadisə zamanı 27 yaşlı Bəsic üzvü Ruhulla Əcəmiyan lüt soyundurulmuş və 40-a gələnlərin bir qrupu tərəfindən qətlə yetirilmişdi.

İnsan haqları təşkilatları etirazçılara ölüm hökmlərinin çıxarılmasını tənqid edir və onların işləri üzrə məhkəmələri “qondarma” adlandırır.

Bu iş üzrə təqsirli qismində tanınan həkim Qarahəsənlunun qardaşı demişdi ki, zabitlər istintaq zamanı ona və baldızına işgəncə veriblər.

O qədər döyüblər ki…

Ali Məhkəmənin barəsində edam cəzasını qüvvədə saxladığı Məhəmməd Hüseyninin vəkili də demişdi ki, onun müdafiə etdiyi şəxsdən etiraf qopardılanadək ona işgəncələr verilib.

Əli Şərifzadə Ərdəkani dekabrın 18-də Twitter-də yazmışdı ki, bu məlumatı ona məhkumun özü verib:

"Ona işgəncə qolları, ayaqları və gözləri bağlı vəziyyətdə verilib. Onlar onun başına huşunu itirənədək zərbələr endiriblər, bədəninin müxtəlif hissələrini dəmir dəyənəklə döyüblər, habelə bədəninə cərəyan veriblər”.

Bundan əvvəl müxalifətin 1500tasvir fəallar qrupunun verdiyi məlumata görə, bu iş üzrə başqa bir müttəhim – Məhəmməd Mehdi Kərami ailəsi ilə görüş vaxtı demişdi ki, onu həbs edərkən küçədə huşunu itirənədək döyüblər.

O elə vəziyyətdə olub ki, zabitlər onun öldüyünü zənn edərək ordan uzaqlaşmaq istəyirlərmiş, amma hələ də sağ olduğunu başa düşüblər.

Xatırlatma

İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.

Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.

Fəalların HRANA agentliyi yanvarın 2-ə olan məlumata görə etirazlar ərzində 70-i azyaşlı olmaqla azı 516 nəfərin öldüyünü bildirib.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakilə bağlı iki nəfərin edam olunduğunu təsdiq edib.

XS
SM
MD
LG