Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Oğluna qarşı ölüm hökmündən telefonla xəbər tutub


Kərəcdə öldürülmüş Hədis Nəcəfi
Kərəcdə öldürülmüş Hədis Nəcəfi

İranda həbs edilmiş etirazçı Məhəmməd Mehdi Karaminin atası deyir ki, oğlu telefon zəngində ona ölüm hökmünə məhkum edildiyini deyib.

“Dedi ki, ata, ölüm hökmü kəsilib. Ağlayırdı, anasına deməməyimi tapşırdı”, Maşallah Karami Tehranda çıxan “Etemad” qəzetinə müsahibəsində deyib. Oğlu ona bu ayın əvvəlində zəng edib.

Məhəmməd Mehdi Karami
Məhəmməd Mehdi Karami

40 mərasimində insident

Məhəmməd Karami deyir ki, təhlükəsizlik qüvvələri ona işgəncə verərək etirafa məcbur edib. etirazlar vaxtı Bəsic qüvvələri üzvünün öldürülməsini onun və daha 15 etirazçının üzərinə atıblar.

İnsident noyabrın 3-də Alborz vilayətinin paytaxtı Kərəcdə qəbiristanlıqda, nümayişlərdə öldürülmüş Hədis Nəcəfinin 40 mərasimində baş verib.

İranda etirazlara hicab qaydasını pozduğu deyilən 22 yaşlı Məhsa Əmininin polisdə ölümü səbəb olub. Nümayişlərdə azadlıq, demokratiya şüarları səslənir.

O qədər döyüblər ki...

Karami ittihamları və ölüm cəzasını rədd edir. İndiyədək bu iş üzrə beş nəfər ölümə məhkum edilib. Üç uşaq daxil olmaqla 11 nəfərə isə uzunmüddətli həbs cəzaları kəsilib.

Dövlət ittihamçılarının dediyinə görə, 27 yaşlı Ruhulla Acamcan Nəcəfinin yasına yığışan bir qrup şəxs tərəfindən soyundurulub və öldürülüb.

İnsan haqları qrupları son altı gün ərzində “saxta məhkəmələrdə” etirazçılara ölüm cəzasının kəsilməsini pisləyir.

Daha öncə 1500tasvir adlı müxalifət qrupu bildirmişdi ki, Məhəmməd Karami ailə üzvləri ilə görüşündə başına gələnləri danışıb. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri onu o qədər döyüblər ki, ölmüş bilib küçədə qoyub getmək istəyiblər. Ancaq birdən ölmədiyini anlayıblar.

İndiyədək etirazlarda azı 459 nəfərin, o cümlədən 64 azyaşlının öldürüldüyü bildirilir.

Evindən məktub var

Bədnam Evin həbsxanasında saxlanan qadın siyasi məhbuslar isə yaydıqları məktubda etirazçılara ölüm hökmü kəsilərək icra olunmasından narahatlıq bildiriblər.

Məktubu Nərgiz Məhəmmədi, Bahare Hidayət, Gülarə Abbasi kimi tanınmış fəallar imzalayıblar.

Məktub müəllifləri ölüm hökmlərinə etiraz olaraq həbsxana rəisinin otağında oturaq aksiya keçiriəcəklərini deyiblər, eyni zamanda iranlıları küçələrə çıxaraq “Edamlara yox” deməyə çağırıblar. Qadınlar ümummilli etirazları davam etdirməyə səsləyirlər.

Artıq İranda iki etirazçı – Moşen ŞekariMəcidrza Rahnavard edam olunublar.

XS
SM
MD
LG