Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:51

İranda hakimiyyət jurnalisti gizli dəfn edib


Reza Həqiqətnejad
Reza Həqiqətnejad

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bu barədə mərhumun ailəsinə məlumat veriblər

İranın hakimiyyət orqanları AzadlıqRadiosunun jurnalisti Reza Həqiqətnejadın nəşini məxfilik şəraitində dəfn edib.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bu barədə mərhumun ailəsinə məlumat veriblər.

Bundan əvvəl jurnalistin cənazəsi Şiraz hava limanında oğurlanmışdı.

İİKK İranda böyük siyasi hakimiyyətə malik hərbiləşdirilmiş qurumdur.

ABŞ bu qurumu “terrorçu təşkilatlar” siyahısına daxil edib.

İİKK-nin nümayəndələri bildirirlər ki, jurnalistin məzarı olduğu iddia edilən qəbirin fotosunu Həqiqətnejadın atasına göstəriblər.

Onun dəfn olunduğu yer açıqlanmır.

Jurnalistin cənazəsinin İran xəfiyyələri tərəfindən oğurlandığı deyilir

AzadlıqRadiosunun mərhum jurnalisti Reza Həqiqətnejadın anası Beyqumjan Rayesi deyib ki, İran təhlükəsizlik xəfiyyələri onun oğlunun cənazəsini dəfn üçün ölkəyə gətirilərkən oğurlayıblar.

45 yaşlı Həqiqətnejad oktyabrın 17-də Berlindəki Şarite xəstəxanasında vəfat edib və cənazəsi oktyabrın 25-də dəfn üçün İrana göndərilib.

Lakin İrana gətirilən cənazə burada yoxa çıxıb.

Bəzi təsdiq edilməmiş xəbərlərə görə cənazəni İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) xəfiyyələri naməlum bir yerə aparıblar.

İranın Tehran, Həmədan, Şiraz və digər şəhərlərində etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Anadan çağırış

Jurnalsitin anası oktyabrın 27-də deyib:

"Bu, oğlunu altı ildir ki, görməyən, onun xəstəliyindən xəbərsiz olan ananın səsidir: Onun cənazəsi İrana gətirilib və hakimiyyət orqanları onun cənazəsini hava limanından oğurlayıblar”.

O oğlunun cənazəsinin təhlükəsizlik xəfiyyələri tərəfindən götürülməsinə dair hər hansı bildirişinin olub-olmadığını deməyib.

İran hakimiyyət orqanları da bu xəbəri şərh etməyib.

Həqiqətnejadın qohumları və dostları onun 2019-cu ildən bəri çalışdığı Radio Fərdaya (AzadlıqRadiosunun Fars xidməti-red) deyiblər ki, cənazənin jurnalistin doğma Şiraz şəhərində dəfn edilməsi üçün rəsmi icazə verilib.

“Rüsvayçı və iyrənc hərəkət”

Həqiqətnejad İranda jurnalistlərin üzərinə təzyiq və təqiblər artandan sonra ölkəni tərk edib və xaricdəki farsdilli medialarda işləyib. O peşə fəaliyyəti ilə bağlı İrana qayıda bilmirdi.

Radio Fərda bildirir ki, onda olan məlumata görə hakimiyyət jurnalistin ailəsinə onun Şirazdan kənarda, başqa bir yerdə dəfn edilməsi üçün təzyiqlər göstərir.

AzadlıqRadiosunun prezidenti Ceymi Flay (Jamie Fly) İran rejiminin Həqiqətnejadın cənazəsi ilə manipulyasını “rüsvayçı və iyrənc” hərəkət adlandırıb və deyib ki, jurnalistin ailəsinə onu istədiyi kimi dəfn edilməsi üçün imkan verilməlidir.

Putinin tərəfdarı Ermənistana niyə buraxılmadı?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Həqiqətnejad İranın daxilində və xaricdə farsdilli mediada görkəmli təhlilçi və siyasi şərhçi kimi tanınır.

Onun vəfatı İranda Məhsa Əmininin ölümünə görə başlanmış və hazırda davam edən etirazlar dövrünə təsadüf edib.

XS
SM
MD
LG