Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:39

ABŞ BMT-ni Rusiyadan çəkinməkdə ittiham etdi


ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud
ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud

Birləşmiş Ştatlar BMT-nin rəhbərliyini Rusiyaya İrandan dron təchizatının təhqiqatını təşkil edə bilməməkdə ittiham edib.

ABŞ habelə bildirib ki, BMT katibliyi Rusiyanın istifadə etdiyi dronların yoxlanması üçün Ukraynaya öz rəsmilərini göndərməyib.

ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud çıxışında deyib:

"Biz çox məyusuq ki, aşkar şəkildə Rusiyanın hədələrinə uyan BMT katibliyi Təhlükəsizlik Şurasının ona təhqiqat üçün verdiyi mandatı icra etməyib”.

Britaniya, Fransa, Almaniya, ABŞ və Ukrayna israr edirlər ki, İran dronlarının Rusiyaya verilməsi ilə BMT qətnaməsini pozulub.

“Amerikanın səsi” radiosunun verdiyi məlumata görə BMT-nin baş katibi Antonio Quterriş deyib ki, təşkilatın əməkdaşları mövcud informasiyanı araşdırırlar və aşkarlanan hər hansı nəticələr barədə müvafiq qaydada məlumat veriləcək.

Quterrişin sözlərinə görə, İranın Rusiyaya dronlar verməsinə dair ittihamlar BMT-nin Ukrayna müharibəsi ilə bağlı gördüyü tədbirlər kontekstində “daha geniş şəkildə” araşdırılır və Kiyevə ekspertlərin nə vaxt göndərilməsi məsələsi müəyyənləşdirilir.

“Heç bir məmulat”

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dekabrın 19-da deyib ki, BMT “Qərb ölkələri tərəfindən göstərilən təzyiqlərə boyun əyməməlidir”.

Onun sözlərinə görə İrandan Rusiyaya dronların verilməsinə dair “qondarma təhqiqatın” nəticələri onsuz da etibarlı sayılmayacaq.

İranın BMT-dəki səfiri Əmir Səid İrəvani deyib ki, Tehran Moskvaya Təhlükəsizlik Şurasının qadağan etdiyi “heç bir məmulat” verməyib.

O əlavə edib ki, İranın Rusiyaya fevraldan, yəni müharibədən əvvəl verdiyi dronlar TŞ tərəfindən qadağan edilməmişdi və bu PUA-lar Ukraynadakı müharibədə istifadə olunmaq üçün verilməmişdi.

Qarşılıqlı ittihamlar

Associated Press xəbər verir ki, BMT-də keçirilən iclasda habelə ABŞ və İran nümayəndələri bir-birini nüvə danışıqlarını uzatmaqda ittiham ediblər.

İranla dünya gücləri arasında keçirilən danışıqlardan məqsəd ABŞ-ın 2015-ci il sazişinə qayıtmasıdır.

ABŞ-ı bu sazişdən birtərəfli qaydada keçmiş prezident Donald Tramp (Donald Trump) çıxarıb.

Rusiya son aylarda Ukrayna üzərinə hava zərbələrində Geran-2 dronlarından istifadə edir.

Kiyev və Qərb ölkələri bu dronların əslində İranın istehsal etdiyi Şahed-136 PUA-ları olduğunu iddia edirlər.

İran hökuməti nəhayət Rusiyaya dronlar verdiyini boynuna alıb, amma bildirib ki, PUA-lar Moskvaya hələ onun Ukraynaya hücumundan əvvəl verilib.

XS
SM
MD
LG