Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:32

Rusiya Ukraynada ələ keçirdiyi Qərb silah nümunələrini Tehrana verib?


Kiyevdəki İran diasporası Tehranın Moksvaya hərbi dəstək verməsinə etiraz edir
Kiyevdəki İran diasporası Tehranın Moksvaya hərbi dəstək verməsinə etiraz edir

Sky News telekanalının həmsöhbəti deyib ki, bu silah nümunələri Tehrana Qərb texnologiyalarının surətinin çıxarılmasıl imkanı verə bilər

Rusiya Ukraynada ələ keçirdiyi Qərb silahlarının nümunələrini IL-76 hərbi-nəqliyyat təyyarəsi ilə gizli şəkildə İrana göndərib.

Qərb ölkələri Ukraynaya Rusiya təcavüzünün dəf edilməsi üçün müasir silahlar verirlər.

Bu barədə məlumatı anonim mənbələrə istinadən Britaniyanın Sky News telekanalı verib.

Həmin mənbələrin məlumatına görə avqustun 20-də səhər Moskvadan Tehrana uçan təyyarədə 140 milyon avro nəqd pul, Britaniyanın NLAW raket kompleksi və ABŞ istehsalı antitank Javelin və Stinger silahları olub.

Telekanalın həmsöhbəti deyib ki, bu silah nümunələri Tehrana Qərb texnologiyalarının surətinin çıxarılmasıl imkanı verə bilər.

Patruşev Tehrandadır

Mənbə deyib ki, İran öz növbəsində Rusiyaya yüzədək Şahed kamikadze PUA-ları da daxil 160 dron göndərib.

Mənbənin sözlərinə görə son günlərdə Moskva və Tehran arasında dronlarla bağlı 200 milyon avroluq daha bir sövdələşmə baş verə bilərdi.

Telekanal bu informasiya ilə bağlı həm İran, həm də Rusiya rəsmilərinə sorğular göndərib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev noyabrın 9-da Tehranda danışıqlar aparıb.

Onun prezident İbarhim Rəisi və İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşdüyü xəbər verilir.

Bu danışıqlar zamanı Ukraynadakı vəziyyət, “Qərbin regiona müdaxiləsinin qarşısının alınması yollarının” müzakirə olunduğu xəbər verilir.

Tehran Moskvaya dronlar verdiyini etiraf edib

Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibəsində İran dronlarından istifadə etməsini inkar edir.

Lakin Ukraynada vurulmuş Geran-2 Rusiya dronlarının qalıqları araşdırılarkən onların əslində İran istehsalı Şahed-136 PUA-ları olduğu üzə çıxıb.

Bundan başqa Ukrayna Qara dəniz üzərində İran istehsalı Mohacer-6 dronunu vurub.

Tehran son vaxtlaradək Rusiyaya dronlar verdiyini cidd-cəhdlə danırdı. Amma noyabrın 5-də İran XİN Rusiyaya məhud sayda döyüş dronlarının verildiyini, amma bunun hələ Ukrayna müharibəsindən əvvəl baş verdiiyni etiraf edib.

İranı dost ölkə saymaq olarmı? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Bunun ardınca Ukrayna prezidenti Volodimir Zelenski Tehranı “yalançılıqda” ittiham edib.

Zelenski iddia edir ki, Ukrayna hərbçiləri hər gün İran istehsalı olan azı 10 dron vurub salırlar.

Kiyev iddia edir ki, Rusiyaya dronlardan istifadədə bilavasitə İran hərbi müşavirləri kömək edirlər.

Qərb kəşfiyyatı İrandan gələn təlimatçılar qrupunun ilhaq edilmiş Krımda olduğunu bildirib.

XS
SM
MD
LG