Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:46

İran öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırır


İran XİN
İran XİN

İranın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Ukraynaya səfərlərdən çəkinməyi və artıq Ukraynada olan iranlılara bu ölkəni tərk etməyi tövsiyə edib

İranın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Ukraynaya səfərlərdən çəkinməyi və artıq Ukraynada olan iranlılara bu ölkəni tərk etməyi tövsiyə edib.

Nazirlik oktyabrın 21-də yaydığı bəyanatda bunu Ukraynada “hərbi münaqişənin eskalasiyası və təhlükənin artması” ilə izah edir.

Son həftələrdə Rusiya ordusu Ukrayna boyunca mülki və infrastruktur obyektlərini ağır raket və dron zərbələrinə məruz qoyub.

Ukrayna Rusiyanın istifadə etdiyi intiharçı dronların İran istehsalı olduğunu bildirib.

Kiyev bildirir ki, Rusiya İranın Şahed-136 kamikadze dronlarından Geran-2 adı altında istifadə edir.

ABŞ İranı münaqişədə birbaşa iştirakda ittiham edir

ABŞ oktyabrın 20-də bildirib ki, İran Rusiyaya nəinki dronlar verib və hətta onların idarə olunmasında birbaşa iştirak edir.

Ağ Ev bildirib ki, Tehran bu məqsədlə Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına təlimatçılardan ibarət heyət göndərib.

Gürcüstan və Ermənistan Azərbaycandan öndə
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

İran XİN-in bəyanatında bütün bu təfərrüatlar barədə heç nə deyilmir, amma Tehran oktyabrın 21-də bildirib ki, ölkənin xarici işlər naziri Əmir Hüseyn Abdullahian Avropanın xarici işlər komissarı Jozep Borrellə telefon söhbətində Rusiyaya İran tərəfindən Ukrayna münaqişəsində istifadə olunmaq üçün dronların verilməsi barədə iddiaları qətiyyətlə rədd edib.

Moskva da İrandan dronlar almasını israrla inkar edir.

XS
SM
MD
LG