Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:34

SOCAR 400 milyonluq da istiqraz buraxa bilər - 100 milyondan əlavə...


SOCAR istiqrazları
SOCAR istiqrazları

Sentyabrın 20-də SOCAR-ın buraxdığı 100 milyon ABŞ dolları dəyərində istiqrazlara abunə yazılışına start verilib. Şirkətin bu vəsaitlə kifayətlənməyəcəyi də aydın olub. SOCAR-ın elə həmin gün Bakı Fond Birjası (BFB) vasitəsilə açıqladığı emissiya prospektindən belə nəticə çıxır.

İqtisadiyyata və vətəndaşlara fayda

SOCAR bildirir ki, araşdırmalar valyuta risklərindən qorunmaq üçün insanların əsas vəsaitlərini ABŞ dollarında saxladığını üzə çıxarıb. Bu səbəbdən, şirkət «iqtisadiyyatdan kənar qalmış bu vəsaitləri yenidən iqtisadiyyata qazandırmaq» məqsədilə 500 milyon ABŞ dolları həcmində istiqraz emissiya etməyi planlaşdırır.

Buna da bax:​ SOCAR istiqrazlarının təqdimatı olub

İstiqrazları alan şəxslər investisiya xidmətləri xərcindən, depo hesab açılışı komissiyasından, klirinq hesabına pul köçürülməsinin komissiya ödənişindən azaddırlar.

«Emissiyanın başlıca səbəbi aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyata cəlb etməklə, həm Azərbaycan iqtisadiyyatına, həm də vətəndaşlara fayda yaratmaqdır», - sənəddə belə deyilir.

Yerləşdirmə prosesində daha çox fiziki şəxslərə - adi vətəndaşlara üstünlük veriləcək. İstiqrazları yerli şirkətlər də ala bilər. Xarici investorlar illik 5 faiz gəlir vəd edən bu qiymətli kağızları Azərbaycan investorlarından yalnız ikinci bazarda ala biləcəklər.

Bəs SOCAR-ın faydası?

Maraqlıdır ki, SOCAR istiqrazların yerləşdirilməsindən əldə olunacaq vəsaitin hər hansı layihəni maliyyələşdirməkdən ötrü nəzərdə tutmadığını açıqlayıb. Belə çıxır ki, şirkət satışdan götürəcəyi pulu cari fəaliyyətində xərcləyəcək.

SOCAR-ın buraxdığı və 13-14 oktyabr tarixlərində BFB-də yerləşdiriləcək 100 milyon dollarlıq istiqrazlar ilkin mərhələ üçün nəzərdə tutulub.

Buna da bax:​ Min dolları olan hər kəs SOCAR-ın istiqrazına sahib ola bilər

Xərclər bitib-tükənmir

SOCAR istiqrazlarını yerləşdirməyə məsul investisiya qurumu kimi «PSG-Kapital» şirkətini seçib. Bu şirkətlə bağlanmış müqaviləyə görə, xidməthaqqı olaraq, yerləşdirilmiş istiqrazların ümumi həcminin 0,21 faizi qədər ona komissiya ödənəcək.

SOCAR-ın xərcləri bununla bitmir. İstiqrazları alan şəxslər investisiya xidmətləri xərcindən, depo hesab açılışı komissiyasından, klirinq hesabına pul köçürülməsinin komissiya ödənişindən azaddırlar. Bütün bu xərcləri SOCAR öz üzərinə götürüb.

Bu ilin əvvəlinə SOCAR-ın borc öhdəliyi 10 milyard 900 milyon manat olub. Şirkətin xarici bazarlarda yerləşdirdiyi istiqrazlara görə, hazırda 1 milyard 847 milyon dollar ödəyəcəyi var.

XS
SM
MD
LG