Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:29

Kadırov Ukraynada döyüşənlər üçün dua edən uşaqların videosunu yayıb


Ramzan Kadırov
Ramzan Kadırov

800 şagird Çeçenistandan Ukraynaya göndərilən hərbçilər üçün “həftə ərzində Müqəddəs Quranı fasiləsiz oxuyub”

Çeçenistan lideri Ramzan Kadırov Şali məscidində dua edən uşaqların videosunu yayıb. O, Ukraynada döyüşən çeçen döyüşçüləri “Ulu tanrının qoruması üçün” dua etdiklərini deyib. Bu haqda AzadlıqRadiosu-nun “Kavkaz.Realii” portalı məlumat yayıb.

Çeçen döyüşçülər üçün “Quran” oxuyublar

Bundan öncə Qroznı və ətrafından valideynlər şikayətlənirdilər ki, onları övladlarını bu cür ibadət mərasimlərinə göndərməyə məcbur edirlər.

Kadırov Telegram-da yaydığı videoda ibadətə respublikadakı hafiz (Quranı əzbər bilənlərə hafiz deyirlər) məktəblərindən 2 mindən çox şagird və məzunun yığışdığını deyib. Onun sözlərinə görə, daha 800 şagird, Çeçenistandan Ukraynaya göndərilən hərbçilər üçün “həftə ərzində Müqəddəs Quranı fasiləsiz oxuyub”.

Rusiyaya dəstək aksiyaları

Martın 23-də 1ADAT çeçen müxalifət hərəkatı Qroznı məscidindən foto yayıb. Fotoda Rusiya bayrağının ağ, göy və qırmızı rənglərində kostyumlar geyinmiş uşaqlar düzülüb. Sonradan valideynlər “Kavkaz.Realii”yə bağça yaşlı uşaqlarının fleşmoba məcburi cəlbindən şikayətləniblər. Əks halda onları işdən çıxarılma gözləyib.

Martın 25-də Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun bir ayı tamam olur. Müharibədə Şimali Qafqazdan və Rusiyanın cənubundan azı 206 hərbçi həlak olub. Onlar adları “Kavkaz.Realii”yə bəlli hərbçilərdir, real rəqəm daha yüksək ola bilər.

Martın 23-də Maqas hakimiyyəti “Yunarmiya” dövlət hərəkatından yeniyetmələri yüz metrlik Razılıq Qülləsinə Z hərfli bayraq qaldırmağa cəlb olunublar. Aksiya şəhərin meri Usman Auşevin göstərişilə keçirilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da iştirak edib. Rusiyanın təcavüzünə dəstək bayrağını qülləyə məhz onlar taxıblar.

XS
SM
MD
LG