Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:43

Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]


İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva

Ötən il Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus əkin təyinatlı 136 hektar torpaq sahəsi vardısa, bu il həmin sahələr bir az da genişlənərək, 216 hektarı keçib. Buraya yay evlərinin sahələri daxil deyil.

Mehdiyevlər ailəsi əsasən Abşeronun Novxanı kəndində kənd təsərrüfatı ilə məşğul olurlar. Amma onların keçmiş Maştağa subtropik bitkilər sovxozunun ərazisində Goranboy rayonunda da iri təsərrüfatları var.

Buna da bax:​ Ramiz Mehdiyevin hakimiyyət nərdivanında addımları (İnfoqrafika)

General Mehdiyevin 42 hektar torpağı var

Kənd Təsərrüfatı Nazirliyi əkin sahələrinə görə dövlət büdcəsindən subsidiya alan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıda Ramiz Mehdiyevin xanımı - Bakı Dövlət Universitetinin Hesablama Riyaziyyatı Kafedrasının müdiri, professor Qalina Yuryevna Mehdiyevanın həmçinin BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kamilə Əliyeva və oğlu – fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyev ilə adı, soyadı və ata adı uyğun gələn şəxslərin də adları var. Nazirliyin yanında fəaliyyət göstərən Respublika Komissiyasının qərarına əsasən, bu il onlara 10 min 816 manat yardım verilib. Qanunvericiliyə əsasən, subsidiya məbləği onu alan şəxslərin «Kapital Bank» ASC-dəki kart hesabına köçürülür.

Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyeva
Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyeva

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Novxanı kənd ərazi komissiyasının qərarında göstərilir ki, bu kənddə əkin sahələrinə görə dövlətdən yardım alan cəmi iki nəfər var. Mehdiyevlərə məxsus torpaqların ərazisi bir ildə 100 hektardan 152 hektara qalxıb. Əvvəlki ildə subsidiya yalnız Q. Mehdiyevaya məxsus 100 hektar torpağın əkilməsinə görə ödənilmişdi.

Screenshot
Screenshot

Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina MehdiyevaKamilə Əliyevaya məxsus kənd təsərrüfatı torpaqlarının sahəsi bir ildə nə artıb, nə də azalıb. Ananın mülkiyyətində 8,92 hektar, onun qızının isə 2,4 hektar torpaq var.

Buna da bax:​ Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Amma Mehdiyevlərin Goranboyun Xınalı kəndindəki bağ sahəsi son bir ildə iki dəfə böyüyüb. Hər halda KTN-in məlumatında belə deyilir. Hazırda Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb. Ötən il verilən məlumatlarda Xınalı kənd ərazi komissiyası sahibkarın adını Mehdiyeva Qalina Yuryevna kimi göstərsə də, bu dəfəki siyahıda səhvən «Qalina Mehdiyevna» kimi göstərib.

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında (Yenilənib - tam mətn)

Leyla Əliyevanın şirkəti kənd təsərrüfatına girişib

Abşeron rayonunu əhatə edən builki subsidiya siyahısında «İdeal Biznes Ko.» MMC-nin də adı var. Şirkətin Xəzər rayonu ərazisində 120 hektar torpaq sahəsi var. Bu şirkət «Xalq Bank» ASC-nin səhmlərinin yarısının sahibidir. Bankın özünə isə prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva nəzarət edir.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

Bu ilin iyulunda «Azərtac» dövlət informasiya agentliyi Maştağa qəsəbəsində zeytun bağının yandırılaraq məhv edilməsi haqda məlumat vermişdi. Xəbərdə o da deyilirdi ki, Abşeron rayonu Maştağa Subtropik Bitkilər Sovxozunun həmin 40 hektar torpaq sahəsini Abşeron rayon İcra Hakimiyyəti «İdeal Biznes Ko.» MMC-yə 99 il il müddətinə icarəyə verilib. Bağdakı zeytun və badam ağaclarının yandırılması da icarə müqaviləsinin bağlanmasında sonrakı dövrə təsadüf edir.

Buna da bax: Azərbaycan rəsmiləri - kimlər kimlərlə qohum olub?

Zeytun bağının yandırılması faktı üzrə araşdırmanın gedişi haqda AzadlıqRadiosu-nun sorğusuna cavab olaraq Ekologiya nazirliyində bildiriblər ki, polisə bu qurumla yanaşı «İdeal Biznes Ko.» MMC-nin özü də müraciət edibmiş. Amma polis yanğını törədənləri və ağacları kökündən çıxaranları tapa bilməyib. Bu haqda nazirliyə məktub göndərməklə Sabunçu rayon Polis İdarəsi işini başa çatmış hesab edib. Nazirlikdə əlavə ediblər ki, yaxın vaxtlarda «İdeal Biznes Ko.» şirkəti isə burada yeni texnologiyalar əsasında badam bağı salmağa hazırlaşır. Yanğını törədənlər kimlərdisə, ərazini yaşlaşmış ağaclardan təmizləməklə şirkətin işini əməlli-başlı asanlaşdırıblar.

Ramiz Mehdiyevin xanımına məxsus təsərrüfatlar varmış
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

XS
SM
MD
LG