Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:47

Avtoritarların London mülkləri müsadirə oluna bilər


London mülklərinin gizli sahibliyini göstərən qəzet diaqramı
London mülklərinin gizli sahibliyini göstərən qəzet diaqramı

Britaniya millət vəkilləri hökumət tərəfindən parlamentə təqdim olunmuş qanuna düzəliş təklifi ilə çıxış ediblər.

The Guardian” qəzeti yazır ki, bu düzəlişə görə Londonda lüks mülklər alan və sərvətlərini Birləşmiş Krallıqda gizlədən dikatatorların və insan haqlarını pozanların aktivləri müsadirə oluna bilər.

Bir qrup millət vəkili hökumətin “kriminal maliyyə fəaliyyəti haqqında” qanununa bir maddə artırılmasını istəyirlər. Bu düzəliş Britaniyadan kənarda insan haqlarını pozmaqda ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan verəcək.

Britaniya parlamenti "despotların mülkiyyəti" qanununu 2017-ci ilin yazınadək qəbul edə bilər
Britaniya parlamenti "despotların mülkiyyəti" qanununu 2017-ci ilin yazınadək qəbul edə bilər

Düzəlişin ən mühüm məqamı bundan ibarətdir ki, bu maddə qanuna əlavə edildikdən sonra ayrı-ayrı rəsmi şəxslər və Amnesty İnternational kimi beynəlxalq təşkilatlar öz ölkələrində insan haqlarını pozan əcnəbilərin Birləşmiş Krallıqdakı aktivlərinə həbs qoyulması üçün müraciət edə bilərlər.

Qanuna düzəliş Kreml rəsmilərinin 230 milyon dollar vəsaiti mənimsədikləri barədə iddia irəli sürdükdən sonra, 2009-cu ildə Moskva həbxanasında müəmmalı şəkildə vəfat etmiş vəkil Sergey Magnitsky-nin adını daşıyacaq.

Britaniya mətbuatı yazır ki, qanunvericilik təşəbbüsü parlamentdə bütün partiyalardan olan deputatların dəstəyinə malikdir və onun qanuna çevrilməsi şansı tamamilə realdır.

“The Guardian” yazır ki, 2017-ci ilin yazından qüvvəyə minməsi gözlənilən bu qanun Londonun “çirkli pullar cənnəti” kimi pis reputasiyasının təmizlənməsinə xidmət edəcək.

Çətin sual: Pulu hardan almısan?

Bu da qeyd olunur ki, hətta bu düzəlişsiz də qanun əcnəbi korrupsiyaçıların çirkli pulları dəbdəbəli malikanələrə çevirmək imkanlarını heçə endirir. Beləki bu qanuna görə Londonda alınan bahalı mülklərin əcnəbi sahibləri “pulu hardan aldıqları” barədə müfəssəl informasiya verməli olacaqlar.

Briyaniya hökumətinin təxminlərinə görə ölkə ərazisində hər il 100 milyard funt sterlinq “şübhəli pul” əldən-ələ ötürülür və ya daşınmaz əmlaka qoyulur.

Britaniya mətbuatı yazır ki, “Magnitsky düzəlişi” ölkə ali məhkəməsinə insan haqlarını pozan əcnəbilərin daşınmaz əmlakına azı iki il müddətinə həbs qoymaq səlahiyyəti verir. Mülk sahibləri həmin müddət ərzində hökmlərdən şikayət verə bilərlər, lakin bu halda mülkiyyətə verilmiş pulun mənşəyini təfərrüatlı şəkildə açıqlamalı olacaqlar.

Qanunvercilik təşəbbüsünü parlamentə təqdim etmiş mühafizəkar deputat Dominic Raab “The Guardian” qəzetinə deyib ki, “əllərində insan haqlarının dəhşətli pozuntularının qanı olan adamlar öz çirkli pullarını Birləşmiş Krallığa nəql etmək imkanından məhrum edilməlidirlər”.

"Al-Capone zarafatı"

Keçmiş leyborist millət vəkili Denis MacShane yarızarafat müqayisə ilə deyib ki, “Al Capone-ni qətllərə görə mühakimə etmək mümkün olmayanda, ona qarşı vergidən yayınma ittihamı irəli sürülə bilər”.

Siyasətçi deyib ki, qanuna düzəliş pullarını Londonda gizlədən, burada mənzillər almaq və uşaqlarını Birləşmiş Krallıqda özəl məktəblərdə oxutmaq istəyən Putin məmurlarının arasına panika salacaq.

“The Guardian” yazır ki, bu ilin əvvəllərində sızmış Panama sənədlərindən çox sayda əcnəbi despot və diktatorun ofşor şirkətlər vasitəsilə Londonda bahalı və dəbdədəbəli malikanələr və mülklər aldığı bəlli olmuşdu.

Həmin vaxtlar Londonda daşınmaz əmlak alanların sırasında Putin, Nazarbayev və Əliyevin ailə üzvlərinin də adları çəkilirdi.

Azərbaycan rəsmiləri prezident ailəsinin Londondakı daşınmaz əmlakına dair sualları cavabsız buraxsalarda adətən bu cür ittihamlar zamanı prezident Əliyevin övladlarının həm də biznesmen olduqlarını vurğulayırlar.

Buna da bax: Əliyev ailəsi «Panama Papers»-də- [video-araşdırma]

Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)
Gözlə

No media source currently available

0:00 0:10:10 0:00

Əliyevlər "Panama Papers"də... (detallar, video)
Gözlə

No media source currently available

0:00 0:17:31 0:00

XS
SM
MD
LG