Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:53

Makron, Şolts və Duda Ukrayna və NATO məsələsini müzakirə edəcəklər


Veymar üçbucağı (soldan sağa) : Andjey Duda, Olaf Şolts və Emmanuel Makron (Arxiv fotosu)
Veymar üçbucağı (soldan sağa) : Andjey Duda, Olaf Şolts və Emmanuel Makron (Arxiv fotosu)

Almaniya kansleri Olaf Şolts və Polşa prezidenti Andjey Duda Fransa prezidenti Emmanuel Makronla danışıqlar üçün gələn həftə Parisə səfər edəcəklər.

Bu barədə məlumatı Politico portalı Fransa rəsmi dairələrinə istinadla verib.

Onların birgə şam yeməyi zamanı keçiriləcək görüşündə Ukraynanın NATO üzvlüyü istəyi və müttəfiqlərin Kiyevə verə biləcəyi təhlükəsizlik qarantiyaları müzakirə olunacaq.

Ötən həftə Makron Ukraynaya “etibarlı, konkret və hissolunacaq” təhlükəsizlik qarantiyalarının verilməsinə çağırmış və demişdi ki, Kiyevə “NATO üzvlüyünə yol” açılmalıdır.

Almaniyanın ehtiyatlı mövqeyi

Şolts daha ehtiyatlı bəyanatla çıxış etmişdi. O demişdi ki, əsas diqqət NATO üzvlüyü məsələsinə yox, “bizim ayrı-ayrı şəxslər kimi Ukraynaya nə kimi dəstək verə biləcəyimizə” yönəlməlidir.

Polşa Ukraynaya təhlükəsizlik qarantiyalarının verilməsinə dəfələrlə çağırışlar edib.

Politico-nun yazdığına görə, Qərb liderləri arasında belə bir qənaət hökm sürür ki, ərazisində Rusiya ilə müharibə davam etdikcə Ukrayna alyansın tamhüquqlu üzvü ola bilməz.

Məqalədə deyilir ki, NATO üzvləri arasında hazırda ən böyük fikir ixtilafı Ukraynanın alyans üzvlüyü istəyinə necə reaksiya verilməsi ətrafındadır.

Ukraynada ağır döyüşlər gedir, bəziləri əks-hücumun başlandığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Veymar üçbucağı

Fransa diplomatlarının fikrincə NATO üzvləri Ukraynanın əks-hücuma keçdiyi bir vaxtda Rusiyaya güclü siqnal verməlidirlər.

Diplomatik mənbələrdən biri deyib:

"Əgər biz hamını qane edən həll tapmasaq, vahid bəyanata gələ bilməyəcəyimizin riski böyükdür. Aydındır ki, bu, bizim Rusiyaya edə biləcəyimiz ən böyük hədiyyə olardı”.

Makron, Şolts və Dudanın sözü gedən görüşü NATO-nun Vilnüsdə keçiriləcək iyul sammitinin ərəfəsinə təsadüf edəcək.

Ukrayna bu sammitdə Qərb partnyorlarından ona “NATO üzvlüyünə aparacaq konkret hərəkət planı” verilməsini istəyir.

Ukraynanın NATO üzvlüyünə ən güclü dəstəyi Mərkəzi Avropa ölkələri ifadə edirlər.

Almaniya bu məsələdə ehtiyatlı mövqe tutur.

Fransa, Almaniya və Polşa qeyri-rəsmi olaraq “Veymar üçbucağı” kimi tanınan qrupa daxildirlər.

Bu qrup 1991-ci ildə Polşaya kommunist üsul-idarəsindən ayrılmaqda dəstək üçün yaradılmışdı.

XS
SM
MD
LG