Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Azərbaycan Qərbdən üz çevirsə nə baş verər? [media icmalı]


İlham Əliyev Avropa Oyunlarında, 25 iyun, 2017
İlham Əliyev Avropa Oyunlarında, 25 iyun, 2017

Azərbaycanda investisiya mühiti, Qərblə münasibətlər və manatın məzənnəsi, qiymətlərin yüksəlməsi - bu gün (11 sentyabr, 2017-ci il) medianın aparıcı mövzularındandır...

“Mən səndən küsdərəcik”

Azadlıq.info” saytında “Hakimiyyət Qərbi nə ilə şantaj edir?” sərlövhəli yazı oxumaq olar.

Müəllif dünyanın bir sıra nəşrlərində son günlər Azərbaycandan 3 milyard dollar çıxarılması ilə bağlı dərc edilən araşdırma yazılarına toxunur.

Buna da bax:​ Ekspert: 'Dövlət tənzimləmirsə niyə hər yerdə həmin benzinin qiyməti eynidir?'

Yazıda bildirilir ki, artıq ABŞ Senatında da bəzi Azərbaycan rəsmilərinə sanksiyaların tətbiq olunması təklifi də gündəmə gəlib.

Müəllif baş verənləri Azərbaycan hakimiyyətinin demokratik dünya qarşısında nüfuzdan düşməsi kimi dəyərləndirilir. Onun gəldiyi nəticəyə görə, külli miqdarda pul qarşılığında satın alınmış şəxslər hesabına belə özlərini sudan quru çıxara bilməyiblər.

"Avtoqraf". Karikatura. Şerif.
"Avtoqraf". Karikatura. Şerif.

Yazıda bildirir ki, indi rəsmi Bakı Qərbə hücuma keçib və öz aləmində şantajla məşğuldur. Müəllifinin fikrincə, bu isə olduqca qeyri-ciddi görünür:

“Bu mənada “Azərbaycan” qəzetində dərc olunmuş məqalə xüsusilə ikrah doğurur. Təbii ki, sifariş yuxarıdan gəlib və çürük arqumentlərlə zəngindir. Hökumət 3 milyardlıq rəzalətə, Azərbaycana doğru yön almaqda olan sanksiyalara “mən səndən küsərəm” formasında cavab verir”.

Buna da bax:​ Deputat: “Buyursunlar beynəlxalq məhkəməyə müraciət etsinlər”

Müəllifin qeyd etməsinə görə, həmin yazıda vurğulanır ki, hakimiyyət Qərblə əməkdaşlığı dayandıra, anti-terror əməliyyatlarında iştirakdan çəkilə və təkvektorlu siyasət yürüdə bilər.

Yazıda hesab edilir ki, Azərbaycanın Qərbdən uzaqlaşması bir sıra suallar doğurur:

“Azərbaycan Qərbdən üz çevirsə, TAP-ın, TANAP-ın axırı necə olacaq? Azərbaycan külli miqdarda kreditləri kimdən alacaq? Azərbaycanın xarici ticarət dövriyyəsinin əsas hissəsi Qərbin payına düşmürmü? Avropaya, ABŞ-a “mən səndən küsdərəcik” desək nefti-qazı kimə satacağıq? Ölkəyə investisiya yatırılmasını hansı ölkələrin şirkətləri hesabına həyata keçirəcəyik?”.

Müəllif vurğulayır ki, Qərblə qarşıdurma ölkənin vəziyyətini daha da ağırlaşdırar.

Buna da bax:​ Azərbaycan məmurlarına Amerika qadağası qoyula bilər [video]

İnhisar

Exo” qəzetində diqqəti “Azərbaycanın 5 faizə qədər əhalisi bir təhər dolanar” sərlövhəli məqalə cəlb edir.

Müəllif ölkə əhalisinin istehlak imkanlarını ekspert Fuad Əlizadə ilə araşdırır.

F.Əlizadə deyib ki, iki devalvasiya ilə əlaqədar son iki ildə əhalinin istehlak imkanları kəskin azalıb. Əhalinin 5 faizi bir təhər dolanır:

Arxiv fotosu
Arxiv fotosu

“Onların pulları hətta yeməyə də çatmır. Amma bu heç də o demək deyil ki, qalan 95 faizi “keyfi istəyən kimi” yaşayır. Rəsmi məlumatlara görə, ölkə əhalisinin 5 faizi yoxsulluqdan aşağı həddədir. Bununla bağlı ekspertlər müxtəlif rəqəmlər səsləndirirlər. Odur ki, birmənalı olaraq hansısa rəqəmi göstərmək olduqca çətindir”.

Buna da bax:​ Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?

Ekspert vurğulayıb ki, rəsmi statistik məlumatlara görə, vətəndaşların gəlirlərinin 50 faizi ərzaq məhsullarına gedir:

“Ölkədə artan qiymət fonunda gəlirləri müstəsna olaraq yalnız qida məhsullarına və zəruri xərclərə yetən vətəndaşların sayı artır. Ötən iki il ərzində ən zəruri məhsulların (idxal malları) müntəzəm bahalaşdığını müşahidə edirik və bu fonda vətəndaşlar real gəlirlərinin azaldığını daha tez hiss edirlər”.

Müəllif rəsmi statistik rəqəmlərə istinadən xatırladır ki, 2017-ci ilin yanvar-iyul aylarında keçən ilin eyni dövrü ilə müqayisədə ərzaq malları 14 faiz bahalaşıb:

“Baxmayaraq ki, manatın məzənnəsi sabitdir, amma daxili bazarda idxal mallarının bahalaşması müşahidə edilir. Bu da təbii ki, çoxsaylı suallar doğurur və cəmiyyətdə əhval-ruhiyyə gərginləşir. Biz süni qiymət bahalaşması ilə mübarizə aparmaq gücündə deyilik. İnzibati üsullarla isə məsələni həll etmək heç mümkün deyil”.

Buna da bax:​ Maaş və pensiyaların artmasını nə vaxta gözləmək olar?

Ekspert vəziyyətdən çıxış yolunu inhisarlarla mübarizədə görür.

Xarici sərmayəyə cəlbedici ölkə

Azərbaycan” qəzetində “Azərbaycan xarici investorlar üçün cəlbedicidir” sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, hazırda dünya ölkələrinin üzləşdikləri sosial-iqtisadi problemlər fonunda Azərbaycanda təmin edilən təhlükəsizlik və makroiqtisadi sabitlik əlverişli investisiya mühiti yaradıb.

Yazıda bildirilir ki, etibarlı tərəfdaş kimi Azərbaycan daxili imkanları hesabına böyük iqtisadi, maliyyə və digər resurslar tələb edən layihələr həyata keçirir.

Buna da bax:​ İlham Əliyev: 'Azərbaycan azı 100 il...'

Arxiv fotosu
Arxiv fotosu

Müəllif hesab edir ki, Azərbaycan müasir, güclü dövlət kimi sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir.

Yazıda Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyevin çıxışından sitat da gətirilir:

“Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var, amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar”.

XS
SM
MD
LG