Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:32

Dəyərsizləşən manatın fonunda idxalı artan məhsullar da var...


Azərbaycan manatə
Azərbaycan manatə

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ölkələrlə 11 milyard 330 milyon ABŞ dollar həcmində ticarəti olub. Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, bu, ötən ilin eyni dövründən 24,96% azdır. Komitə idxal həcmində də azalma qeydə alıb. Beş milyard 539 milyon ABŞ dolları məbləğindəki idxal ötən ilin 8 ayı ilə müqayisədə 6,23% azalma deməkdir. Azalma ixracatdan da yan ötməyib. Deyilən dövrdə 5 milyard 790 milyon ABŞ dolları həcmində ixrac əməliyyatı gerçəkləşdirilib (37% azalma).

Buna da bax:​ 2016-nın yanvar-avqust ayları: Azərbaycanın ticarət balansında nə yenilik var?

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ölkələrlə 11 milyard 330 milyon ABŞ dollar həcmində ticarəti olub.

Əsas malların ixracında azalma faizləri (statistik dəyər):

Xam neft – 34,84 %

Neft məhsulları – 55,75%

Təbii qaz – 45,77%

Elektrik enerjisi – 32.78%

Çay – 64,08%

Bitki və heyvan mənşəli piy və yağlar – 89,99%

Şəkər – 72,21%

Spirtli və spirtsiz içkilər – 26,5%

Kimya sənayesi məhsulları – 42,88%

Plastmas və onlardan hazırlanan məmulatlar – 11,96%

İxracatı artan mal və məhsullar:

Əsas ixrac mallarından qara metal və ondan hazırlanan məmulatlar – 203,56%

Pambıq iplik – 45,61%

Alüminium və ondan hazırlanan məmulatlar – 4,78%

Meyvə-tərəvəz – 31,92%.

İdxalı artan əsas məhsullar:

Meyvə-tərəvəz – 109,41%

Ət – 70,12%

Çay – 185,23%

Bitki və heyvan mənşəli piy və yağlar – 53,49%

Şəkər – 29,83%.

Buğda idxalı azalıb

Buğda idxalının azalması diqqət çəkir. Ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı 17,24% azalıb.

Buna da bax:​ İdxalda «dekabr sindromu»

Bundan başqa əczaçılıq məhsulları idxalı 36,46% aşağı düşüb. Ötən illə müqayisədə xaricdən daha az qara metal və ondan hazırlanan məmulatlar (19,91% az), tütün və tütün məmulatları (48,71% az), nəqliyyat vasitələri və onların hissələri (44,44% az) gətirilib. Bütün bunlara, təbii ki, manatın dəyərsizləşməsi də təsir göstərib.

XS
SM
MD
LG