Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:29

Mehriban Əliyeva işadamlarını xeyriyyəçiliyə çağırıb, bəs onlar? [video]


Mehriban Əliyevanın xeyriyyəçilik çağırışına sahibkarlar nə deyir?
Gözlə

No media source currently available

0:00 0:15:15 0:00

Mehriban Əliyevanın xeyriyyəçilik çağırışına sahibkarlar nə deyir? [A-Live]

Azərbaycanda sahibkar məcburi köçkünlər üçün yaşayış yerlərini yaxşılaşdırmalıdırmı?

Sahibkarın könüllü xeyriyyəçilik etməsi üçün imkanlar varmı?

1-ci vitse-prezident Mehriban Əliyeva, iyunun 27-də, Masazır qəsəbəsində məcburi köçkünlərə yeni evlərin təqdim olunması mərasimində, sahibkarları, işadamlarını xeyriyyəçiliyə çağırıb:

“Mən hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən biznes strukturları, iş adamları, özəl sektor sosial məsuliyyət haqqında ciddi düşünməli və cəmiyyətimizi narahat edən problemlərin həllində fəal iştirak etməlidirlər. Xüsusilə də onlar bizim hər birimiz üçün ən ağır problem olan qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq işində iştirak etməlidirlər”.

Buna da bax:​ M. Əliyeva: ‘400 mindən çox məcburi köçkün işlə təmin edilib’

1-ci vitse-prezident Mehriban Əliyeva Masazır qəsəbəsində məcburi köçkünlərə yeni evlərin təqdim olunması mərasimində
1-ci vitse-prezident Mehriban Əliyeva Masazır qəsəbəsində məcburi köçkünlərə yeni evlərin təqdim olunması mərasimində

Mehriban Əliyeva deyib ki, Masazırda və Mehdiabadda işadamlarının yardımı ilə bu gün 214 ailənin yaşayış şəraiti yaxşılaşdırılıb.

İşadamı, Milli Məclisin İqtisadiyyat Komitəsinin keçmiş üzvü Nazim Bəydəmirli AzadlıqRadiosu-na deyir ki, sahibkarların xeyriyyəçiliklə məşğul olması yaxşı olardı. Amma bunun üçün gərək ölkədə əlverişli mühit təmin olunsun:

“Azərbaycan kimi ölkələrdə harada ki, azad rəqabət mühiti yoxdur, bu, bir kampaniyaçılıq xarakteri daşıya bilər. Yerli icra hakimiyyəti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yüklənməsinə gətirib çıxara bilər, məcburiyyətə gətirib çıxardar”.

Buna da bax:​ ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

Nazim Bəydəmirli deyir ki, son jurnalist araşdırmaları da sübut edib ki, hazırda üzdə olan və ara-sıra xeyriyyəçiliklə məşğul olan iri şirkətlər əslində inhisarçılardır.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Onun sözlərinə görə, sözün əsl mənasında xeyriyyəçilik üçün gərək inhisar ləğv olunsun, kiçik və orta sahibkarlıq üçün əlverişli biznes mühiti yaradılsın, qanunda xeyriyyəçilər üçün xüsusi güzəştlər nəzərdə tutulsun:

“Bu təşviq könüllü şəkildə həyata keçirilməlidir, nə qədər ki məmur sahibkarlığı var, qeyri-rəsmi milyarder var, onlar öz vəsaitlərini açıqlamağa qorxacaqlar. Həm ictimai qınaqdan, həm də bu vəsaitlər büdcə vəsaiti olduğu üçün. Ona görə də onlar heç vaxt bizim bildiyimiz ənənəvi xeyriyyəçilik fəaliyyəti ilə məşğul ola bilməzlər”.

Buna da bax:​ Qarabağ əlili: 'Dedilər, Mehriban Əliyeva gedincə burda qalmalısan'

Nazim Bəydəmirli bildirir ki, yerli və beynəlxalq QHT-lərin ölkədə xeyriyyəçiliklə məşğul olmasına şərait yaradılarsa, bu da xeyriyyəçilik hesab oluna bilər.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, Azərbaycanda xeyriyyəçilik üçün hansı problemlər var.

Azərbaycanda xeyriyyəçilik üçün nə problemlər var? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, 1-ci vitse-prezidentin xeyriyyəçiliklə bağlı çağırışı yaxşıdır, amma bunun üçün hüququ baza yaradılmalıdır:

“Dövlət onlara şərait yaratsa, onlar QHT lər ciddi şəkildə bu işin təşkili ilə məşğul ola bilər. Amma onlara qanunvericilik ciddi məhdudiyyət gətirir. İndiki halda 200 manatdan artıq vəsait yalnız bank hesabına köçürülməlidir, Bu da əlbəttə ki, istənilən xeyriyyə məqsədi güdən şəxsin xeyriyyəçilik etməsinin önünü kəsən amillərdir, çünki bir çox insan nə qədər ianə etdiyini açıqlamaq istəmir”.

Buna da bax:​ 'Ölkədə qeyri-rəsmi milyarderə çevrilən məmurlar var'

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədli deyir ki, neftin qiymətinin düşməsi fonunda ölkədə sosial təbəqələşmə getdikcə dərinləşir, buna görə də xeyriyyəçilik və ona şərait yaradılması zəruridir.

XS
SM
MD
LG