Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:49

“Şeyxlə mənim aramda heç nə yoxdur”


Sabir Həsənli
Sabir Həsənli

►Heydər məscidinin nə vaxt açılacağını axundun özü də bilmir

“Bu məscidə Heydər Əliyevin adının verilməsi... Ölkə başçısının təşəbbüsüylə tikilən məsciddir..."

“Misirdə “ərəb baharı deyilən” utanc gətirən bir proses başladı..."

Ötən ilin dekabrında rəsmi açılışı olan, ancaq hələ də qapısı ibadət əhli üçün bağlı qalan Heydər məscid kompleksinin rəhbəri Sabir Həsənli AzadlıqRadiosuna müsahibə verib.

- Sabir bəy, Heydər məscidinin qapıları ibadət edənlərin üzünə nə zaman açılır? Qurban bayramında istifadəyə veriləcəyi haqda söz-söhbət dolaşırdı, doğrudurmu?

- Vallah mənim elə bir məlumatım yoxdur. Rəhbər mənəm, amma hələlik açılış haqqında heç bir söhbət yoxdur.

- Rəsmi açılış ötən il olub. Bəs istifadəyə verilməsinə nə mane olur?

- Bilmirəm. Heç bir maneçilik yoxdur əslində. Bəlkə də Şeyxi (Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə - red.) gözləyirlər. Şeyx də burda yoxdur, Amerikadadır, nəsə konfransdadır. Ola bilsin, o qayıdanda nəsə olsun.

Buna da bax: Həbib Müntəzir: Əli Həsənovun dediyini edəcəyik

- Sabir bəy, mətbuatda belə bir iddia səslənir ki, Allahşükür Paşazadə sizin kompleksə başçılıq etməyinizi istəmir və bu üzdən açılış yubanır. Bu iddialarda həqiqət payı varmı?

- Yox, yox, açıq deyim, şeyxlə mənim aramda heç nə yoxdur. Normal münasibətlər var. Şeyx, əksinə, məscidə gəlib-gedir. Onun məscidlə bağlı bəzi təklifləri vardı və onlar qəbul olunub. Onun əsasında işlər görülür. Ara söz-söhbətidir.

Mərdəkanda da Heydər məscidi var
Mərdəkanda da Heydər məscidi var

- Şeyx hansı təklifləri verib?

- Kompleksin aşağısında zeytun bağı var, o da məscidin sərəncamına verilib. Onun ətrafına Şeyxin təşəbbüsüylə dəmir çəpər çəkilir. Bundan başqa məscidin mərasim zalı tərəfdən girişində arka düzəldilir. Aramızda da qətiyyən söz-söhbət yoxdur. Arada müxalif münasibət olsaydı, yəqin ki, mən onun müavini, Bakı İslam Universitetinin rektoru vəzifəsində qala bilməzdim. O işlər durur, üstəlik də məscid-kompleksin rəhbərliyi mənə həvalə olunub. Şeyx də bunun tərəfdarlarındandır.

- Məscid xüsusi mühafizə olunan obyektlər sırasına daxil edilib. Bunu zəruri edən nədir?

- Bəli, məscid Nazirlər Kabinetinin qərarı ilə xüsusi əhəmiyyətli obyekt kimi xüsusi qorunma altına alınıb. Əvvəl məscidi xüsusi mühafizə dəstəsi qoruyurdu, sentyabrın 1-dən polis qoruyur.

- Yəni qorunmanı zəruri edən nədir?

- Bütün mühüm obyektlər qorunmalıdır. Düzdür, kiçik məscidlər var, kənd məscidi, məsələn, kənd özü onu qoruyur. Bu da böyük şəhərdir, əhalinin sıxlığı, çoxluğu var, müxtəlif insanlar yaşayır. Görünür, belə şeylər öncədən nəzərə alınır, ehtiyat üçün bu tədbirlər görülür. Bilirsiz nə qədər ərazisi var, 20 hektardır. Məscid özü 5,5 hektar ərazidə yerləşir.

Buna da bax: AzAL Moskvaya ucuz reys açdı

- Məscidin hər iki məzhəbdən olanların üzünə açıq olacağı deyilir. Sizcə, indiki halda onların birgə namaz qılması realdırmı?

- Realdır. Göy məscid kimi tanınan Əjdər bəy məscidində hər iki məzhəbdən olanlar namaz qılır. Azərbaycanda buna təəccüblənməyə dəyməz.

- Sizcə, dünyəvi dövlətdə prezidentin adını daşıyan məscidin tikilməsi nə qədər doğrudur?

- O prezident Azərbaycanın tarixidir. Hamı bilir ki, Heydər Əliyev – Allah ona rəhmət etsin – hakimiyyətə gələndən sonra Azərbaycan hansı vəziyyətlərdən canını qurtardı, siyasi gərginliklərdən, vətəndaş müharibəsindən. "Talış Muğan Respublikası" qurulurdu, “Sadval”ın təşəbbüsü ilə Ləzgistan yaradılmasına hazırlıq görülürdü, hətta Laçın zonasında Kürdüstan deyilən bir ərazi düşünülmüşdü. Xarici qüvvələr Azərbaycanı çökdürməkdən ötrü bunlara əl atırdılar. İndi də kimlərsə Türkiyədə sabitliyin pozulmasında, hakimiyyətin laxlamasında maraqlıdı. Niyə? Türkiyə Fələstin məsələsində, İraq, Suriya məsələsində qəti mövqe ortaya qoydu. Misirdə “ərəb baharı deyilən” utanc gətirən bir proses başladı, Liviyada, Tunisdə nələr baş vermədi, o tanınmış ərəb liderləri gedəndən sonra həmin ölkələrdə əmin-amanlıq oldumu? Suriyada, İraqda hələ də proses səngimir. Suriyada, İraqda hər gün insan ölür. Türkiyəni də o günə qoymaq istəyirlər. Ona görə mən düşünürəm ki, burda Heydər Əliyev adına məscidin olması... Rayonda ictimaiyyətin təklifiylə məscidə Heydər Əliyev adı verilib, Bakıda da həmçinin Mərkəz, Fond var onun adına, işləyir, Avropada nə qədər işlər görür. Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası keçirildi. Öz aramızdı, Heydər Əliyev Fondu olmadan bu şeylər vardımı, Avropaya çıxırdımı? Heydər Əliyevin adı yaşayır, yaşayacaq da inşallah. Bu məscidə Heydər Əliyevin adının verilməsi... Ölkə başçısının təşəbbüsüylə tikilən məsciddir, Qafqazda ən böyük məsciddir. Xaricdən prezidentlər, böyük din xadimləri gəlir, onlar məsciddən çıxanda deyiblər ki, buranın xüsusi aurası var, ikincisi, gözəl işlənib. Məsələn, 913 kvadrat metrlik xalça hazırlanıb, bütöv tikədir, Şeyx Səfi xalçasıdır. Siz gələndə gördünüz onu? (Bu ilin iyulunda AzadlıqRadiosu bu məsciddən reportaj hazzırlayıb, Sabir Həsənli onu nəzərdə tutur- red.)Yəqin buraxmayıblar sizi içəri. İnşallah bu günlərdə gələrsiz, məscidin içərisini də göstərərəm sizə... O biri suallara da onda cavab verərəm...

XS
SM
MD
LG