Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:49

'Paşa Holdinq'ə məxsus Mall-lar rayonlara yayılır [araşdırma]


"Paşa Holdinq"in perspektivdə duran layihələri
"Paşa Holdinq"in perspektivdə duran layihələri

Naftalanın öz “Mall”u olacaq

Vergilər Nazirliyi «Naftalan-Mall» MMC-ni dövlət qeydiyyatına alıb. Dörd ay öncə baş vermiş fakt sentyabrın 21-də açıqlanıb. Amma işin maraqlı tərəfi heç də bu deyil.

Vergilər Nazirliyi «Naftalan-Mall» MMC-ni dövlət qeydiyyatına alıb.

Ölkənin ən iri kurort kompleksinin yerləşdiyi bu şəhərdəki ticarət mərkəzinin «Paşa Holding»ə bağlılığı məlum olub.

Direktor da təyin edilib

«Naftalan-Mall» MMC-nin hüquqi ünvanı Bakıda Qara Qarayev prospektindəki yaşayış binalarından biridir. «Paşa Holdinq» MMC-nin nəzarət etdiyi «Yeni Naftalan Hotel Company» şirkəti də elə həmin ünvanda qeydə alınıb. Bu şirkət Naftalandakı beşulduzlu «Qaşaltı» mehmanxana-sağlamlıq kompleksinin mülkiyyətçisidir.

Buna da bax:​ Paşa Holdinq-in iki otelinə yeni menecer gəldi

«Paşa Holdinq» şirkətlər qrupunun üzvlərinin ünvanına çevrilmiş mənzildə «Azəri Layt» MMC və «Samir firması» da yer alıb.

Məhəbbət Bağırov adlı şəxs «Naftalan-Mall» MMC-nin direktoru təyin edilib.

Araşdırma gedişində məlum olub ki, bu iki şirkətə ünvan olan mənzildə, ən azı, daha 4 kommersiya qurumu yerləşir. Onlardan yalnız birinin - «Real Kommers» MMC-nin fəaliyyəti mediada işıqlandırılıb.

Mətbuat yazırdı ki...

Ötən ilin sentyabrında mətbuat yazırdı ki, «Real Kommers» şirkəti Bakıda, 8-ci Kilometr qəsəbəsində 11,5 hektar yaşıllıq sahəsini traktor altına verib. Bu ərazidə kottec tipli evlərin tikintisi nəzərdə tutulurdu. Sakinlərsə deyirdilər ki, «bu işin arxasında dövlət məmurları dayanır».

Sakinlər deyirdilər ki, «bu işin arxasında dövlət məmurları dayanır».

2006-cı ildə yaradılan «Real Kommers» MMC-yə Rafiq İbrahimov rəhbərlik edir. O, həm də bu ünvandakı «Komfort R» MMC-nin direktorudur.

«Paşa Holdinq» şirkətlər qrupunun üzvlərinin ünvanına çevrilmiş mənzildə «Azəri Layt» MMC və «Samir firması» da yer alıb.

Buna da bax:​ «Paşa Holdinq» bir az da böyüdü

«Paşa Holdinq»də sualları cavablayacaq şəxs tapılmayıb

AzadlıqRadiosu adıgedən şirkətlərin «Paşa Holdinq»ə aid olub-olmadığını dəqiqləşdirə bilməyib. Holdinqdə bu suallara cavab verəcək şəxs tapılmayıb.

«Paşa Holdinq» pərakəndə ticarətdə yeni deyil. «Port Baku Mall», «Ganclik Mall», «Şüvəlan Park», «28 Mall» ticarət mərkəzləri ona məxsusdur. «Paşa İnşaat» MMC bildirir ki, hazırda Bakıda və Gəncədə ümumi sahəsi 420 min kvadratmetr olan 3 yeni ticarət mərkəzi inşa olunmaqdadır.

XS
SM
MD
LG