Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:35

Naxçıvanda bu il NAZ var, «Lifan» yox...


Naxçıvan Avtomobil Zavodu
Naxçıvan Avtomobil Zavodu

-

Dövlət Statistika Komitəsi (DSK) məlumat verir ki, il başlanandan bəri Naxçıvan Avtomobil Zavodunun (NAZ) konveyerindən bir ədəd də məhsul çıxmayıb.

Müəssisənin özündə bunun səbəblərini şərh etmirlər. Sadəcə, onu bildirirlər ki, zavodda 10 modeldə «NAZ-Lifan» avtomobili yığılır və ilin sonunadək burada daha 7 «NAZ-Lifan» modelinin istehsalına başlamaq planlaşdırılır.

Bu ilin əvvəlində dövlət başçısı İlham Əliyev Naxçıvan avtomobillərini tərifləyərək, dövlət qurumlarını «NAZ-Lifan» almağa çağırmışdı: «Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir».

Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə muxtar respublikada 725 ədəd minik avtomobili yığılıb. Əvvəlki illə müqayisədə istehsal 1136 ədəd azalıb. Ümumiyyətlə isə, istehsala başlanandan bəri burada 4600-dək avtomobil buraxılıb. Zavodun əsas alıcısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Həmin nazirliyin məlumatına görə, 1998-ci ildən bəri dövlət büdcəsi hesabına təxminən 5550 müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub. Onların üçdə birinə və ya 1733 nəfərə minik avtomobili 2014-2015-ci illərdə təqdim edilib.

DSK-da bildirirlər ki, avtomobil sənayesində çalışanların əməkhaqqı çox aşağıdır. 2014-cü ildə bu sektorda çalışanların orta aylıq əməkhaqqı 282 manat olub.

XS
SM
MD
LG