Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:49

"Çox səhv eləmişəm" - Emin Millinin qaynının işi


Ilüstrasiya
Ilüstrasiya

►Hal şahidi: "Bu qədər başağrısı olacağını bilmirdim"

Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun məhkəməsi davam edir.

Bu iş üzrə fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda iki nəfər şahid qismində dindirilib.

Onlardan biri Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, digəri isə hal şahidi olub.

Polis əməkdaşı Elxan Cəlilov Nazim Ağabəyovun tutulmasında iştirak edənlərdən biridir.

O, məhkəməyə ifadəsində deyib ki, 9-cu mikrorayonda Ağabəyovu saxlayıb, Bakı şəhər Baş Polis İdarəsinə gətiriblər. Orada cibindən də, maşınının yük yerindən də narkotik tapılıb.

“DEDİ Kİ, “MƏNİM DEYİL””

Hal şahidi qismində dindirilən Emin Sadıqov məhkəmədə ifadəsinə bu işdə iştirakına görə peşmançılığını ifadə etməklə başlayıb:

"Çox səhv eləmişəm, bu qədər başağrısı olacağını bilməzdim..."

(Ardı aşağıda)

BDU-nun hüquq fakültəsinin məzunu olduğunu deyən Emin Sadıqovun sözlərinə görə, 9-cu mikrorayonda onu təsadüfən polislər çağırıb hal şahidi olmağı təklif ediblər:

"Onlarla birlikdə getdim idarəyə. Orada cibindən bükülü çıxanda dedi ki, "mənim deyil". Sonra maşının yük yerindən kompüter, uşaq oturacağı, disklər, bir də bağlama çıxdı... İdarədə dedi ki, “atam məşhur rəssamdır, "Babək" filminin rəssamı da o olub”. İdarədə ondan soruşdular ki, “vəkil gəlsin?” Dedi ki, “istəmirəm, mənim öz vəkilim olacaq"”.

Qeyd edək ki, Nazim Ağabəyov həbs olunarkən ona özünün istədiyi müdafiəçi yox, dövlət hesabına vəkil təyin olunub.

Bunlara da bax:

HAL ŞAHİDİ NƏ VAXT DİNDİRİLİB

Məhkəmədə Nazim Ağabəyovun vəkili Adil İsmayılov hal şahidindən istintaqa nə vaxt ifadə verdiyini soruşub.

Emin Sadıqov bu hadisədən təxminən bir həftə-on gün sonra dindirildiyini bildirib. Lakin vəkil məhkəmənin diqqətinə çatdırıb ki, sənədlərdə bu hal şahidinin Nazim Ağabəyovun tutulmasının ertəsi günü dindirildiyi qeyd olunub.

Bu məhkəmə prosesində dindirilməmiş bir əsas şahid qalıb ki, onun da Rusiyada olması barədə məhkəməyə məlumat daxil olub.

Məhkəmə həmçinin bu iş üzrə ekspertizanın nəticələrilə bağlı müvafiq orqanlara sorğu göndərilib.

Məhkəmə prosesi fevralın 15-də davam edəcək.

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə ittiham irəli sürülüb.

Lakin Nazim Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olmasıylı əlaqələndirir.

Nazim Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur. (Son)

Bunlara da bax:
XS
SM
MD
LG