Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:40

Neft və qazdan gələn vergi azalırsa, başqa vergilər artırılacaq?


'Azərbaycan qazı birinci bizə satsın'
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

'Azərbaycan qazı birinci bizə satsın' (2022)

Noyabrın 13-də Milli Məclisdə "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov narahatlıq doğuran məsələlərdən də bəhs edib. Bildirib ki, gələn ilin dövlət büdcəsinin proqnozlarında neft sektorundan vergi daxilolmalarında iki dəfəyə qədər azalma gözlənildiyinə görə ümumi vergi daxilolmalarında 2023-cü ilin proqnozundan 7.5 faiz geriləmə olacaq: "Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə azalıb. Yəni iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir".

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin 9 ayında ölkədə 100.9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3.1 faiz artıb.

R.Quliyev
R.Quliyev

"Fövqəladə tədbirlərə ehtiyac yoxdur"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev hesab edir ki, hansısa fövqəladə tədbirlərə ehtiyac yoxdur.

"Təbii ki, neft hasilatının azalması gedir və qaz qiymətləri əhəmiyyətli dərəcədə azalıb. Amma biz artıq öz nəqliyyat infrastrukturumuzu kifayət qədər inkişaf etdirmişik və ondan biz hətta daha çox valyuta gəliri əldə edəcəyik. Biz Türkmənistanla "Transxəzər" qaz kəməri ilə bağlı razılığa gəlsək, artıq daha çox Türkmənistan qazını nəql edəcəyik", - o, "Turan"a bildirib

Deputatın sözlərinə görə, Azərbaycan bərpa olunan enerji istehsalında uğur qazanarsa, qənaət olunan qaz və nefti ixrac etmək mümkün olacaq: "Digər tərəfdən, Ələt Azad İqtisadi Zonası da yaxın zamanda öz bəhrəsini verəcək. Qarabağa biz vəsait yönəldirik və bir müddət sonra oradan da ölkə büdcəsinə axın olacaq. Ona görə də qaz gəlirlərinin azalmasının çoxlu ziyan vuracağına inanmıram".

N.Cəfərli
N.Cəfərli

"Çox ciddi problemlər yarada bilər"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda bir tək neft-qaz qiymətlərindən yox, hasilatın da azalmasından problemlər yaşanır: "Çünki hasilatın piki 10-15 il əvvəl keçib. İndi hasilat azalır. Neft qiymətləri keçən ilə nisbətən aşağıdır, qaz qiymətləri də xeyli düşüb. Bu ilin başlanğıcında qaz qiymətləri ortalama 400 dollar olub, amma keçən il elə günlər olub ki, qazın min kubmetri 2 min 500-3 min dollara çatmışdı. Düzdür, Azərbaycan qaz üzərində uzunmüddətli kontraktlarla işləyir, amma istənilən halda bazardakı dəyişikliklər kontrakt qiymətlərinə də təsir göstərir".

İqtisadçı qeyd edib ki, Azərbaycan hökuməti uzun illərdir qeyri-neft sektorunun inkişafının prioritet və bu sahədə uğurların olduğunu söyləyir: "Qeyri-neft sektorunun elə sahələri var ki, orada vergi öhdəlikləri çox azdır. Həmin sahələrdə son illər müəyyən irəliləyiş əldə olunsa da, bu, vergi daxilolmalarına təsir göstərmir. Vergi daxilolmalarının artması üçün hökumət bazarı daha liberal və rəqabətli hala gətirməyə çalışmalıdır".

Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

N.Cəfərlinin fikrincə, hökumət vergi daxilolmalarının azalmasını vergilərin artması ilə kompensasiya etməyə cəhd göstərə bilər: "Bununla bağlı müəyyən cəhdlər oldu. Məsələn, indi müzakirə gedir ki, mikro və kiçik sahibkarlara güzəştlərin bir hissəsi ləğv olunsun. Gələcəkdə də neft-qaz sektorundan vergi daxilolmalarının azalmasına görə digər sahələrdə vergi öhdəliklərinin artırılmasına hökumət cəhd edə bilər. Amma bu, çox ciddi problemlər yarada bilər".

O hesab edir ki, yaxın illərdə qaz-neft sektorundakı itkiləri qeyri-neft sektoru hesabına kompensasiya etmək mümkün olmayacaq.

XS
SM
MD
LG