Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:34

ABŞ ayın sonuna kimi nazirlərin  yenidən görüşməsini istəyir


Nyu-York danışıqları
Nyu-York danışıqları

95 meyit təhvil verilib

Sentyabrın 20-də 95 Ermənistan hərbçisinin meyiti Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Komissiya bundan üç gün əvvəl də Ermənistan hərbçilərinə məxsus 32 meyitin qarşı tərəfə təhvil verildiyini açıqlamışdı.

Ötən həftə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu döyüşlərdə onlar tərəfdən ümumilikdə 80-ə yaxın hərbi qulluqçu həlak olub. Ermənistan tərəfi isə 200-dən çox hərbçi itirdiklərini açıqlayıb.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

ABŞ ayın sonuna kimi nazirlərin yenidən görüşməsini istəyir

Bayramov və Mirzoyanla görüşdə Blinken onları ayın sonuna qədər yenidən görüşməyə çağırıb.

"Tərəflərin növbəti addımları müzakirə edildi və Dövlət katibi onları ayın sonuna qədər yenidən görüşməyə çağırdı", - ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Nyu-Yorkda Blinken, Bayramov və Mirzoyan görüşüblər

Sentyabrın 19-da Nyu-York şəhərində ABŞ Dövlət katibi Entoni Blinkenin sədrliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov Ararat Mirzoyan arasında görüş keçirilib.

AFP xəbər verir ki, Blinken son bir neçə gündə iki ölkə arasında zorakılıqların olmamasından məmnunluğunu bildirib: "Mənim Ermənistan və Azərbaycan liderləri ilə telefon söhbətlərimdə hər iki lider sülhə hazır olduqlarını bildiriblər. Güclü, dayanıqlı diplomatik danışıqlar hər bir kəs üçün ən yaxşı yoldur. Fikir ayrılıqlarını həll edə bilən davamlı sülh yolu vardır".

Dövlət katibinin giriş sözündən sonra media nümayəndələri zaldan çıxarılıblar və danışıqlar bağlı qapılar arxasında davam etdirilib.

Bayramov və Mirzoyan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadırlar.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri son dəfə iyulun 16-da Tbilisidə görüşmüşdülər.

Bu, iki ölkənin qanlı sərhəd toqquşmasından bəri xarici işlər nazirləri arasında ilk görüşdür.

Nyu-Yorkda nələrdən danışılıb

"Nazir Ceyhun Bayramov... Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını bildirib".

"Nazir... kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə humanitar istiqamətlərdə səy göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğunu bildirib". /Azərbaycan XİN/

Ermənistan Azərbaycanı yeni hücuma hazırlaşmaqda günahlandırır
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Türkiyə Pelosinin bəyanatlarını 'qərəzli' adlandırır

Türkiyənin vitse-prezidenti Fuat Oktay sentyabrın 19-da ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan və Azərbaycan arasında toqquşmalarla bağlı verdiyi bəyanatları "qərəzli" adlandırıb.

"Reuters" agentliyinin məlumatına görə, o deyib ki, bu bəyanatlar "diplomatiyanı sabotaj etmək" cəhdidir və qeyri-məqbuldur.

Oktay habelə Twitter-də Vaşinqtondan Pelosinin bəyanatlarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirməməsinə aydınlıq gətirməyə çağırıb.

Kreml Pelosinin səfərinə münasibət bildirdi

Moskva ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevana səfərini alqışlamağa hazırdır, bir şərtlə ki, bu səfər Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə xidmət etsin.

Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistin xanım Pelosinin Ermənistana səfəri ilə bağlı sualına cavab verərkən deyib: "Münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə sözdə yox, işdə, ucadan və populistcəsinə yox, realistcəsinə sakit və işgüzar olan nə varsa, hamısı alqışlanmalıdır. Belə səs-küylü hərəkətlər və bəyanatlar reallıqda normallaşmaya kömək edə bilərmi? Baxaq görək. Bu, zamanında aydın olacaq".

Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi açılıb

Sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına hücum olub. Sosial şəbəkələrdə yayılmış görüntülərdə həmin şəxslərin səfirliyə girməyə cəhd etdikləri müşahidə olunur.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də öz Twitter hesabında yazıb ki, Fransada yaşayan "erməni fanatiklər" səfirliyinin binasına hücum edib. O baş verənlərə görə, Fransa hakimiyyətini də qınayıb.

Azərbaycanın Baş Prokurorluğundan isə bildirilib ki, bu məsələ ilə bağlı cinayət işi başlanıb. "Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib".

Məlumata görə, istintaqın Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatət göndərilib.

Bu açıqlamaya, hələlik, Fransanın rəsmi qurumları və başqa aidiyyəti şəxslərin münasibətini öyrənmək mümkün olmayıb.

Sentyabrın 16-da da Livanın mərkəzi Beyrut şəhərində də Azərbaycan səfirliyinin binasına hücuma cəhd edilmişdi. Onda da Azərbaycanın rəsmi qurumları hücumun etnik zəmində baş verdiyini açıqladılar. Hələlik, məsələ ilə bağlı araşdırmaların nəticələri və cavabdeh şəxslərin mövqeyi bəlli deyil.

+++

Azərbaycan Fransaya nota verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 19-da yaydığı məlumatda bildirilir.

Məlumata görə, nazir müavini Xələf Xələfov baş verənlərin vaxtında qarşısının alınmamasına görə qəti etirazını bildirib: "Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib".

Amma bu açıqlamaya, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən ayrıca münasibət almaq mümkün olmayıb.

İ.Əliyev / E.Blinken
İ.Əliyev / E.Blinken

Blinken Əliyevi qoşunları çıxarmağa çağırır

Sentyabrın 18-də axşam ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Dövlət Departamentinin yaydığı məlumata görə, Blinken Ermənistanla Azərbaycan arasında son əməliyyatların dayandırılmasını alqışlayıb. O, Əliyevi “atəşkəsə əməl etməyə, hərbi qüvvələri çıxarmağa, Ermənistanla Azərbaycan arasında bütün mübahisələri məsələləri sülh danışıqları ilə həll etməyə çağırıb”.

Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir ki, telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyi qeyd olunub. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

+++

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)mətbuat xidməti sentyabrın 18-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi, "bölgədəki vəziyyəti təhrif edən açıqlaması"ndan ciddi təəssüünü bildirib, Azərbaycana qarşı əsasız və ədalətsiz ittihamları "qəbuledilməzdir" adlandırıb.

Nazirlik sentyabr 12-dən 13-nə keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insidenti Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat hesab edir və bütün məsuliyyətin Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayır.

'Azərbaycan bölmələri Cermuxun 4.5 kilometrliyindədir'-Ermənistan MN
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Mətbuat xidməti Pelosini "ermənipərəst siyasətçi" adlandırır, onu bu səfərdən öz daxili siyasi gündəliyi və Konqresə seçkilərdə ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə etməkdə suçlayır. XİN Pelosinin indiyədək Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın təcavüz siyasəti, işğalı, "yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirmədiyini" bildirir. Nümayəndələr Palatası spikerinin açıqlamaları Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması səylərinə ciddi zərbə adlandırırlır. "Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir", - bəyanatda vurğulanır.

+++

Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyanla görüşdən sonra Azərbaycanla bağlı danışıb.

"Azatutyun" un verdiyi xəbərə görə, Nensi Polensi son sərhəd toqquşmasında Azərbaycanı ittiham edib:

“Ermənistan bizim üçün vacibdir və Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını, Ermənistan ərazisinə hücumlarını qətiyyətlə pisləyirik”.

Pelosi deyib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi aydın və çoxdan bəyan edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil:

“Biz münaqişənin sülh yolu ilə və uzunmüddətli həllinə çalışmaq istəyirik. Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilir”.

ABŞ Konqresinin ermənilərlə bağlı komitəsinin həmsədri Ceki Spier Nümayəndələr Palatasının Azərbaycana qarşı olan qətnamə ilə irəlləyəcəklərini deyib.

“Ümid edirəm ki, bu qətnamə ilə irəliləyəcəyik. Ermənistana olan öhdəliyimizə gəlincə, biz Ermənistanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik və Ermənistanın sərhədlərində istənilən dəyişikliyə qarşı çıxacağıq”, - ABŞ Konqresinin ermənilərlə iş üzrə komitəsinin həmsədri Spier bildirib.

“Azatutyun” un ABŞ-ın Ermənistana hansı dəstəyi verməyə hazır olması, xüsusən də hərbi dəstəyin müzakirə oluna biləcəyi ilə bağlı sualına cavab olaraq Nensi Pelosi təfərrüatlara varmayıb və belə deyib:

“Bizim səfərimizin əhəmiyyəti və dəyəri ondan ibarətdir ki, biz dinləmək, nə etmək olar, bizdən nə gözləmək olar, anlamaq üçün buradayıq. Bugünkü görüşümüzdə iqtisadi və təhlükəsizlik məsələlərindən danışdıq. Biz dinləmək, gözləntilərin və istəklərin nə olduğunu anlamaq üçün buradayıq".

Jurnalistlərdən birinin -demokratiya və insan haqlarını vacib hesab edən Vaşinqtonun Ermənistanda və Dağlıq Qarabağda mülki əhalinin hərbi cinayətlər yolu ilə qətlə yetirilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə qarşı niyə sanksiyalar tətbiq etməməsi və Azərbaycana qarşı sanksiyaların mümkün olub-olmaması sualına -ABŞ Nümayəndələr Palatasının spikeri belə cavab verib:

“Bu son hadisələr son dövrə təsadüf edir və Dağlıq Qarabağ xalqına münasibət, tarixi abidələrə münasibət çoxdan bizim diqqətimizdə olub. Ölkəmizin prezidenti erməni soyqırımı ilə bağlı qətnamənin qəbulunu dəstəkləyib və Ermənistanı demokratiya sammitində iştirak etməyə dəvət edib. Və biz bu məsələlər üzərində işləmək üçün uzunmüddətli işimizi davam etdirəcəyik”-Nensi bildirib.

Bu, spiker Pelosinin Ermənistana ilk səfəridir. Nensi Pelosi İrəvana gəldikdən qısa müddət sonra sosial şəbəkədə paylaşım edib.

“1787-ci ildə qurucularımız demokratiyanı avtokratiyadan üstün tutdular. Nəsildən-nəslə onların seçimini qoruyub saxlamışıq. Bu gün ABŞ-dan tutmuş Ukraynaya, Tayvana, Ermənistana qədər dünya demokratiya və avtokratiya arasında seçim qarşısındadır və biz yenə də demokratiyanı seçməliyik”-Nensi Pelosi yazıb.

Sentyabrın 12-14-də Azərbaycan-Erməniatan sərhədində baş vermiş intensiv döyüş əməliyyatları nəticəsində Ermənistan tərəfinin təsdiq etdiyi məlumata görə, 135, Azərbaycan tərəfdən isə 79 hərbçi həlak olub.

Azərbaycan və Ermənistan hadisələrin baş verməsində qarşılıqlı olaraq bir-birini günahlandırır.

***

ABŞ-ın Ermənistandakı səfirliyi öz mesajında qeyd edir ki, bu, Pelosinin Ermənistana ilk səfəridir.

AzadlıqRadiosunun erməni xidməti Yerevandakı ABŞ səfirliyinin məlumatına istinadla yazır ki, sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində Nensi Pelosinin Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşləri nəzərdə tutulub.

Vurğulanır ki, görüşdə Ermənistan-Amerika münasibətləri və mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunacaq.

"Nensi Pelosinin mətbuat konfransı keçirəcəyi, Erməni Soyqırımı Memorialına əklil qoyacağı və "Cafesjian" İncəsənət Mərkəzində çıxış edəcəyi bildirilir"

Məlumata görə, ABŞ nümayəndə heyətinə ABŞ Nümayəndələr Palatasının Enerji və Kommersiya Məsələləri Komitəsinin sədri Frank Palone və Nümayəndələr Palatasının üzvləri Anna Eşu və Ceki Speyer daxildir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Almaniyadan Ermənistana gəlib. Pelosinin qonşu ölkələrə səfəri planlaşdırılmayıb-məlumatda bildirilir.

XS
SM
MD
LG