Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:31

NİDA-çıların işi Avropa Məhkəməsində!


-

Avropa İnsan Haqları Məhkəməsi Məmməd Əzizov, Şahin Novruzlu və Zaur Qurbanlının həbs edilməsi ilə bağlı verilən şikayətə dair kommunikasiyaya başlayıb.

Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.

Məhkəmə, Avropa İnsan Hüquqları Konvensiyasının azadlıq və təhlükəsizlik hüququ ilə birgə götürülməklə 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusuna dair kommunikasiyaya başlayıb.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il və Şahin Novruzlu 6 il həbs cəzası alıblar.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə) 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə) və 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi və əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə ) maddələri ilə ittiham olunub.

Avropa İnsan Haqları Məhkəməsinin şikayətləri ilə bağlı kommunikasiyaya başladığı hər üç fəal Məmməd Əzizov, Şahin Novruzlu və Zaur Qurbanlı prezident sərəncamı ilə əfv olunub.

Amnesty İnternational bu fəalları “vicdan məhbusu” kimi tanıyıb.

Buna da bax:

Rəşadət: "Müsbət nəticə çıxarıb irəli baxmağın tərəfdarıyam"
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

XS
SM
MD
LG