Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:26

İki rusiyalı və bir ukraynalıya ömürlük həbs cəzası


Haaqa məhkəməsinin hakimləri hökmü elan edərkən
Haaqa məhkəməsinin hakimləri hökmü elan edərkən

Rusiyalılar İqor Strelkov (Girkin) və Sergey Dubinski, habelə ukraynalı Leonid Xarçenko həmin təyyarədə həlak olmuş 298 sərnişinin ölümündə ittiham edilirdilər

Haaqa məhkəməsi Malayziya hava yolları şirkətinin MH17 reysi ilə uçan Boeing-777 təyyarəsinin qəzası ilə bağlı ittiham edilən iki rusiyalı və bir ukraynalını qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.

Rusiyalılar İqor Strelkov (Girkin)Sergey Dubinski, habelə ukraynalı Leonid Xarçenko həmin təyyarədə həlak olmuş 298 sərnişinin ölümündə ittiham edilirdilər.

Bu iş üzrə daha bir müttəhim - Oleq Pulatov təqsirsiz bilinib.

Bu təyyarə qəzası baş verəndə, 2014-cü ilin 17 iyununda məhkum edilənlərin arasında ən yüksək vəzifəni Strelkov tuturdu.

O separatçılaırn qondarma “Donetsk Xalq Respublikasının” “müdafiə naziri” idi.

Dubinski Strelkovun müavini vəzifəsində çalışırdı, Xarçenko isə Pulatovun tabeçiliyində idi.

Müttəhimlərin dördü də Donbasda Ukrayna hökumətinə qarşı döyüşən separatçıların hərbi komandanlığı ilə bağlı idilər.

Məhkəmə hökmündə deyilir ki, Rusiya separatçılar üzərində böyük nüfuza malik idi.

Haaqa məhkəməsinin gəldiyi qərara görə Malayziyanın Boeing təyyarəsi Pervomaysk məntəqəsindəki Buk kompleksindən atılan raketlə vurulub.

Bu məntəqə separatçıların nəzarətində idi. Məhkəmə ittihamın versiyasını isbat olunmuş hesab edib.

Müttəhimlərdən heç biri dinləmədə olmayıb

Beynəlxalq istintaqın materiallarına görə müttəhimlər Buk zenit-raket sisteminin Rusiyadan Ukrayna ərazisinə gətirilməsində rol oynayıblar.

Qeyd olunur ki, istintaq bu ittihamda çoxsaylı video və foto materiallarına, telefon söhbətlərinin dinlənməsinə, habelə peyk görüntülərinə əsaslanıb.

Müttəhimlərdən heç biri dinləmədə şəxsən iştirak etməyib. Yalnız Oleq Pulatov Haaqa məhkəməsində vəkilləri ilə təmsil olunurdu.

Bundan əvvəl Pulatov bu işlə heç bir əlaqəsi olmadığına dair bəyanatlar vermişdi.

Boeing-777 təyyarəsinin vurulmasına görə indiyədək heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Müstəntiqlər əmindirlər ki...

Beynəlxalq istintaqın materiallarında deyilir ki, həmin vaxt separatçılarla Kiyev arasında münasqişə vardı və təyyarə separatçılar tərəfindən səhvən də vurula bilərdi.

Bu faciədən sonra beş ölkə - Avstraliya, Belçika, Niderland, Malayziya və Ukrayna birgə istintaq qrupu yaratmışdılar.

Bu qrupun ekspertlərinin gəldiyi nəticələrin hesabatında deyilirdi ki, Malayziya təyyarəsi rusiyayönlü separatçıların nəzarətində olan ərazidən Buk zenit-raket qurğusundan buraxılmış 9M38 seriyalı raketlə vurulub.

Müstəntiqlər əmindirlər ki, Buk qurğusu Ukraynaya Rusiyanın Kursk ətrafındakı 53-cü hava hücumundan müdafiə briqadasından gətirilib.

Məhkəmə bildirib ki, bugünkü dinləmə prosesin son mərhələsi deyil.

Moskva hökmü rədd edir

Rusiya XİN bugünkü məhkəmə qərarını “siyasi motivli” adlandırıb. Moskva bildirir ki, Niderland prokurorluğu öz ittihamlarını şəxsiyyətləri məxfiləşdirilmiş anonim şəxslərin ifadələri əsasında qurub və bu ifadələr istintaqa maraqlı tərəf olan Ukraynadan verilib.

Rusiya XİN habelə Vaşinqtonu Amerika peyklərinin qəza gününə aid fotolarını verməməkdə ittiham edib.

Sözü gedən Boeing-777 təyyarəsi 2014-cü ilin 17 iyununda Amsterdamdan Kuala-Lumpura uçurdu.

Qumda təhsil alan qadın: 'Bizə vətəni sevməyənlər kimi baxılır'
Gözlə

No media source currently available

0:00 0:07:50 0:00

Moskva iddia edir ki, təyyarəni Ukrayna qırıcısı vurub.

Rusiya BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ üzrə beynəlxalq tribunalın qurulmasına dair qətnaməyə veto qoyub.

Nəticədə istintaqı üzərinə Niderland götürüb, çünki qəzada həlak olanların üçdə ikisi bu ölkənin vətəndaşları idi.

XS
SM
MD
LG