Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:39

Qazaxıstan latın əlifbasına keçir


 Nursultan Nazarbaev
Nursultan Nazarbaev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətə latın əlifbasına keçməyin qrafikini hazırlamağı göstəriş verib.

“Hazırlıq işlərinə başlayırıq.Hökumət latın qrafikasına keçidin qrafikini hazırlqamalıdır”, deyə Nazarbayev “Eqemen Kazakstan” qəzetində dərc olunan məqaləsində yazır.

Azad Avropa və AzadlıqRadiosunun layihəsi olan "Mastoyaşiee vremya" saytının aprelin 12-də verdiyi məlumata görə prezident qeyd edib ki, alimlər və ictimaiyyət nümaqyəndələri ilə məsləhətləşdikdən sonra, 2017-ci ilin sonunadək yeni qazax əlifbası və latın qrafikasının vahid standartı yaradılmalıdır.

Onun sözlərinə görəartıq 2018-ci ildən yeni əlifbanın öyrədilməsi vəorta məktəblər üçün yeni dərsliklər buraxılması üçün mütəxəssislər hazırlamaq lazımdır.

“Qazaxıstan 2050” inkişaf stratefgiyasına görə, ölkə 2025-ci ilədək latın qrafikasına keçməlidir.

Bu müddət ərzində bütün sənədlər,nəşrlər və kitablar artıq latın əlifbası ilə çap edilməlidir.

Nazarbayev yazır ki, ilk vaxtlar latın qrafikası ilə yanaşı kiril əlifbasından da istifadə ediləcək.

Qazax dili XIV-XVII əsrlərdə formalaşıb, türk dilləri ailəsinə daxildir.

Bu dil tam olaraq qıpçaq-noqay qrupundan XVII əsrin ortalarında ayrılıb.

Əvvəllər run, sonra ərəb, 1929-1940-cı illərdə latın, 1940-cı illərin əvvəllərindən isə kiril əlifbasından istifadə edilib.

XS
SM
MD
LG