Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:37

Seyran Ohanyan Qarabağa gedib


S. Ohanyan (sağda) - Arxiv
S. Ohanyan (sağda) - Arxiv

Ermənistanın müdafiə naziri Seyran Ohanyan sentyabrın 29-da Dağlıq Qarabağa gedib.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə o qondarma Dağlıq Qarabağ rejiminin müdafiə naziri Bako Sahakyanla görüşüb.

Görüşdə qondarma rejimin müdafiə naziri Levon Mnatsakanyan da iştirak edib.

Məlumata görə görüşdə əsasən ordu quruculuğu və bu sahədə Ermənistanla Dağlıq Qarabağ rejimi arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sargisyan bundan bir neçə gün əvvəl Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib.

Buna da bax: "Basabasın kralın oğluna görə yarandığı deyilir"

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick isə bununla bağlı APA-nın sualına cavab olaraq həmsədrlərin həll prosesinin tərəflər üçün vacib olan bütün elementləri üzərində işləmək prinsipinə sadiq olduqlarını deyib:

«Dağlıq Qarabağın yekun statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır və ona hərtərəfli həllin tərkib hissəsi kimi baxılmalıdır»-deyə o vurğulayıb.

XS
SM
MD
LG